Ermənistan prezidenti qoca bir erməni ilə söhbəti zamanı azərbaycanca bildiyini etiraf edib
Ermənistan prezidenti Serj Sərkisyan Basarkeçər bölgəsində qoca bir erməni ilə söhbəti zamanı azərbaycanca bildiyini etiraf edib. ANS PRESS-in verdiyi məlumata görə, Sərkisyan azərbaycanca danışan qocaya əvvəlcə “yəqin hələ də köhnə günlərin xatirələri ilə yaşayırsınız” deyib.
Prezident daha sonra dediklərini ermənicəyə tərcümə etməyə çalışan qocaya tərcüməyə ehtiyac olmadığını bildirib: “Tərcüməyə ehtiyac yoxdur, mənim də o dili danışdığımı unudursunuz demək ”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?