Tikinti işlərinə ayrılan milyonlarla vəsait İlqar İsbatov kimi şəxslər tərəfindən fasadlama əməliyyatı ilə göyə sovurur
"Gündəm xəbər"in elektron poçtuna Sumqayıtda yaşayan bir qrup şəhər sakini tərəfindən şikayət məktubu göndərilib. Onların şikayəti sakinlərin yaşadıqları binalarda aparılan üzləmə işlərilə bağlıdır. Qeyd edək ki, anoloji məktub Azinform.az saytında da öz əksini tapıb.
Sakinlərin məktubunu olduğu kimi təqdim edirik: "Son illər respublikanın iri şəhər və rayonlarının əsas prospektlərdə, əsasən də ölkə rəhbərliyi və qonaqların gəliş-gedişi çox olan küçələr ətrafındakı binalarda üzləmə (fasadlama) işləri aparılır. Bu zaman istismar müddəti 50 ildən çox olan binalar belə üzlüklənərək modern üslublu,yaraşıqlı bina görünüşünə gətirilir. Amma təəssüf ki, görülən bu işlər fonunda bunanın həyət tərəfi və girişləri elə əvvəlki görkəmində qalır. Dəyişən ancaq çöl tərəfdən görünən hissədir. Görəsən, biz bununla kimi aldadırıq, gələn qonaqları, yoxsa özümüzü? Deyə bilərlər ki, binanı söküb yerində daha yaraşıqlı və göz oxşayan dizaynda bina tikmək baha başa gəlir. Lakin o zaman binanın ancaq yol tərəfdən görünən tərəfi deyil, həyət və girişdən də təmir olunması və fasadlanması gərəkdir. Paytaxtla yanaşı, Sumqayıt şəhərində də bu fasadlama işlərinə start verilib. Bu günlərdə məlum olub ki, Sumqayıtda "Sülh" prospektinin 36-cı məhəlləsində yerləşən hissəsindəki binalarda aparılan şüşə konstruksiyalı fasadlama işləri vətəndaşları eyvansız qoyacaq. Belə ki, bina hazır olduqdan sonra eyvanların ölçüləri nəzərə çarpacaq dərəcədə kiçiləcək. Binanın 4-cü mərtəbəsinə qədər olan eyvanlar 70 sm, 5-ci mərtəbədəki eyvanlar isə 60 sm olacaq". Bu isə, məktubdan göründüyü kimi, sakinlərin ciddi narazılığı ilə qarşılanıb: "Tikinti aparan şirkət və səlahiyyətli şəxslər mənzillərin eyvanlarının “kupça”ya daxil edilmədiyini əsas gətirərək vətəndaşı dinləmək belə istəmir. Onlar başa düşmək istəmirlər ki, bu eyvanlar həmin vətəndaşa məxsusdur və mənzilin ümumi sahəsi üstündə gedir".
Bu kimi faktlar göstərir ki, respublikada geniş parklar, istirahət mərkəzləri, çox zolaqlı yollar, rahat körpülər salınan zaman bəzi işbazlar düzgün düşünülmədən hazırlanan layihələrə istinad etməklə əhalini narazı salırlar. Qeyd edək ki, Sumqayıtdakı sözü gedən binalar 1964-cü ildə tikilərək əhalinin istifadəsinə verilib. Onsuz da darısqal və yaşamaq üçün minimum tələblərə belə cavab verməyən bu binalarda vətəndaşların mülkiyyət hüququ pozularaq, onalarla razılaşdırılmadan eyvanlar sökülərək kiçik ölçülü eyvanlarla əvəz edilir.
Şikayət məktubunda göstərilir ki, hətta bir sakinin eyvanı tamamilə təxirə salınıb: "Ən dəhşətli mənzərələrdən biri isə odur ki, həmi məhəllədə yerləşən 5/11 və 6/11 saylı binalar bitişik olduğu halda, fasadlama işləri ancaq 5/11 nömrəli binada aparılır. Çünki, gələn qonaqlar və ölkə başçısı buradan keçəndə ancaq 5/11 saylı bina gözə dəyir. Digəri isə qonaqların gəlişi zamanı gözə görünmədiyindən , 6/11 saylı binaya diqqət yetirən belə yoxdur. Amma bəlkə də elə belə qalsa yaxşıdır. Təzə dizayınlı binada eyvansız qalmaqdansa, elə köhnə dizaynda eyvanlı olmaq daha yaxşıdır.
Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür. Sumqayıt İH-i bu layihədə sifarişçi olaraq şəhərin girişində yerləşən binaların fasad işlərini sifariş verəndə binaların gözəlliyi ilə yanaşı, sakinlərin rahatlığını da düşünməli idi. Bakı Dövlət Layihə İnstitunun direktoru, əməkdar memar İlqar İsbatovun qəbuluna düşmək isə mümkün deyil. İnstitutun direktor müavini Şakir Eyvazov isə Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilən və vətəndaşın mülkiyyəti hesab edilən bu eyvanların nədən söküldüyü barədə suallarımızı cavablandırmaqdan yayınıb. Belə çıxır ki, Sumqayıtda çöl tərəfdən dizayn verilərək fasadlanmış bu binalar ölkə rəhbərliyinə və qonaqlara xoş gəlsin deyə gözəlləşdirilərək, öz vətəndaşlarımızın istirahət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Binanın şüşədən olacaq yeni görünüşlü dizaynı hazırlanan zaman vətəndaşların rahatlığı nəzərə alınmayıb. Bunun məsuliyyəti isə birbaşa Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür.
Hörmətli İlqar İsbatov, poza verib çəkdirdiyiniz şəkili əfsuslar olsun ki, Sumqayıtda müəllifi olduğunuz fasadlanaraq balkonları kəsilmiş “Xruşşovka”da çəkdirə bilməyəcəksiniz. Səbəbini isə özünüz düşünün. Qeyd edək ki, bu dizayn yaşayış binasından çox administrativ, inzibati binalara uyğun gəlir. Binalar fasadlanan zaman yaşayış və qeyri yaşayış binalarının mövcud durumu nəzərə alınmalıdır. Cənab Preziden İlham Əliyev dönə-dönə vurğulayır ki, abadlıq işləri aparılan və ya Döblət Proqramları icra olunan zaman heç bir vətəndaş incidilməməli və onun Konstitusiyon hüquqları məhdudlaşdırılmamalıdır. Əminliklə deyə bilərikki, cənab Prezidenin bu yalançı abadlaşma və fasadlama əməliyyatlarından xəbəri yoxdur.
Dövlətin yenidənqurma və tikinti işlərinə ayırdığı milyonlarla vəsaiti İlqar İsbatov kimi səlahiyyətli şəxslər tərəfindən fasadlama əməliyyatları ilə göyə sovurur. Azərbaycan Respublikasının vətəndaşının mülkiyyəti Konstitusiya ilə qorunur. Bu barədə Konstitusiyanın 13 və 29-cu maddələrində açıq aydın yazılıb. Müvafiq olaraq burada göstərilir: "Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur” və “Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
İlqar İsbatov və onun himayədarları bu kimi düşünülməmiş layihələri hazırlayan zaman ölkə baçısının vətəndaşları inciməmək ilə bağlı tapşırığını və vətəndaşın mülkiyyət toxunulmazlığını nəzərə almalı idi".
Sorğu
Yeni dizaynımız necədir?