Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib
Bu barədə Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb. Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib.
“Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, Zakir Fərəcovun göstərişidir”.
Şəhər sakinlərin verdiyi xəbərə görə, buna səbəb Zakir Fərəcovun tikinti gedən obyektlərdən tələb edəcəyi "şapka"ların qiymətlərini qaldırması ilə əlaqədardır. Beləliklə onun sələfi Eldar Əzizov vəzifədə olan vaxtı ona tikinti üçün "şapka" verən sahibkarların pulları batmış hesab olunur. Görünən odur ki, Zakir Fərəcov Abşerondakı kimi Sumqayıtda da yığım fəaliyyətinə başlamaq üçün vəzifəyə təyin olunmasının bir həftəsini belə gözləmək fikrində deyilmiş.
Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi “Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub.
Keçmiş icra başçısı Eldar Əzizovun zamanında bağlı olan yolun Zakir Fərəcov tərəfindən açılması şəhər sakinləri üçün gözlənilməz olub. (azvision.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?