Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib. Modern.az saytına açıqlamasında Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb.
“Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər. Atamın ruhunu sakit buraxsınlar!”-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib.
O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?