Bu gün saytımızın elektron ünvavına, Mingəçevir sakini Nəbiyeva Gülər tərəfəindən Prezidentə ünvanlanan şikayət məktubunun surəti daxil olub. Məktubu olduğu kimi təqdim edirik.
Möhtərəm Prezident, Siz hər zaman məmurların işının xalqa xidmət olduğunu qeyd edir, məmurları Sizdən nümunə götürərək xalqa xidmət etməyə, özbaşınalığa və qanunsuzluğa son qoymağa cağırırsınız. Amma bəzıləri bu cağırışlara da məhəl qoymayaraq xalqın canını boğazına yığir,hətta intihar həddnə belə catdırır. Mıngəcevir şəhəri acınacaqlı vəziyyətdədir, oğurluq, cinayətkarlıq baş alıb gedir. Polis şöbəsinin rəisi Ə. Bədəlovun hər işi pulla həll etməsi buna şərait yaradıb. Mıngəcevir şəhərində polis şöbəsinin rəisi Ələsgər Bədəlovun haqsızlığına məruz qalan yüzlərlə vətəndaşdan biri kimi bildirirəm kı, intihar həddindəyəm. Belə getsə korpudən özünü atan və ya özünə od vurub yandıranlardan biri də mən olacam. Mən sizin seçiciniz kimi, sizi dəstəkləyən bir qadın kımı bildirirəm kı, 4 uşaq anasıyam böyük bir ailənin yeganə qazanc yeri evimizin qarşısında yerləşən mağazadır. Mənim binamızın qarşısında sahıb olduğum maqazinimi 4 ayda 2 DƏFƏ yarıldığı halda, oğru tutulub sonra rəisin rüşvət alıb buraxdığı halda mən, banklara borcluyam. Borcumu da ödəyə bilmırəm. Dükanım ikinci dəfə oğurlananda "Xəzər" tv və "El" tv kanalları hadisəni çəksə də yalnız "Xəzər" tv göstərdi. Amma II dəfə oğurluq olandan sonra oğrular tutuldu. Mənə də bu haqda məlumat verildi . Oğrulardan biri Səttar Elman oğlu adlı şəxs cinayətini də boynuna almışdı. Onu 3 gün poliis şıbəsində saxladılar. Mənə polis rəisi şəxsən dedi ki,oğrunu tutmuşuq, boynuna da alıb, sənin pulun ödənəcək. Lakin sonra oğru buraxıldı və mənə dedi ki, ”əvvəl boynuna almışdı, indi deyir mən etməmışəm, zorla xalxın boynuna qoyası deyiləm ki..” Bundan sonra Mingəcevir şəhər polis şobəsinin yollarında qaldım. Daxili işlər Naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəndə qəbulunda oldum. Mən bu cinayəti gizlədildiyi haqda məlumat verdim, cənab nazirdən oğurlanan malların pulunu geri qaytarılmasını xahış etdim. Amma maraqlı budur kı, Ramıl Usubovun qəbulunda əvvəlkı dediklərinin əksinə olaraq Mıngəcevirin rəisi Ələsgər Bədəlov naziri aldadaraq oğrulara evdə həbs verdiyini, mənım də bunu bildiyimi dedi. Nazir ona əsəbləşərək oğruların təcili tutmasını və həbs edilməsini tapşırdı. O, nazirə söz verdi ki, oğru tutulacaq və qadına dəymış ziyanın ödənılməsi təmin olunacaq.
O mənımlə yanaşı Daxili işlər Nazirini də aldatdı. Rəis nazirin tapşırığına da saymazlıq edərək oğruları yenə də tutmadı. Nazirin qəbuluna minbir əziyyətlə yazılmışdım. Şöbədə yazılmaq istəsəm də yazmadılar, əksinə rəis mənı cağirıb şıkayət etməkdən cəkindirmək istəyirdi. Açılmayan cinayətlərin cox olduğunu bunun da onlardan biri olduğunu dedi. Mənə ”Qorxmursan oğlanların var, sən bu şəhərdə yaşamırsan? “ deyə hədələdi. Mın bir əziyyətlə Bakıya zəng edib borcum olduğunu və qəbula salınmayacağım halda özümü yandıracağımı dedikdən sonra məni qəbula saldılar. Amma hec bir nəticə olmadı. Oğrular sərbəst şəhərdə gəzir. Mənım malımı yedikləri bəs deyil elə bil adama acıq verirlər belə. Mən borcun icindəyəm. Mən dəfələrlə müraciət etmışəm. Mənə dəyən ziyan 5000 manat pulun əvəzinə bankda borcum artıq 13 mınə çatır. Əvvəlkı borcumun üstünə dəyən ziyan da bir tərəfdən. Bu azmış kımı məni rəis ələ salır .Deyirəm Nazirlıyinizdən mənə məkyub gəlib ki, oğruları tutubsunuz ,biri də Səttardır ,deyir “Mən tutmuşam vermışəm məhkəməyə,məhkəmə buraxıb get ondan şıkayət et .1 il 6 ayım qalıb. Qoy işləyim. Mən kıməm ki,adam tutam, buraxam. ”Gedirəm məhkəməyə, məhkəmənın sədri deyir elə bir iş bizə gəlməyib. Qayıdıb yanına soruşuram ki, mənı ələ salmısınız məhkəmədə elə iş yoxdur. Cavab verir ki, sənə kım dedı get məhkəməyə, get mustəntıqin yanına. Gedirəm müstəntiq Rəşad müəllımın yanına. O da mənə deyir ki,mən burada danışa bilmirəm, bacı, get mağazinə saat 4-də oraya gələcəm. Sonra da gəlmır.. Son ümüdüm sizədir. Özümü öldürmək dərəcəsınə catmışam. Mən övladım hərbiçidi ,yeganə gəlir yerimiz o maqazindir. Lənət Şeytana, neçə dəfə intihar etmək istəmışəm... Əgər bu məktubuma da baxılmasa, mallarım qaytarıb, oğrular tutulmasa, Mıngəçevirin rəisi məni ələ saldığına və oğruları buraxdığına görə cəzalanmasa, mən də körpuyə cixib özümü atacağam, ya od vurub özümü yandıracağam. Sizə inanıram və düşünürəm kı, bu haqsızlığa imkan verməyəcəksıniz. Mehriban xanım Əliyevanın müdaxiləsi ilə ağac kəsimi dayandırıldı. Bu xanıma olan xalq məhəbbətini lap artırdı. Ağacların kəsilməsi kimi bir haqsızlığa razı olmadığınız halda bir şəhərin Ələsgər Bədəlov adlı bəlasına, polis rəisinin vətəndaşları əzib cinayətkarlıği müdafiyə etməsinə, bir qadının, ananın intihar etməsinə razı olmazsınız. Sizdən xahiş edirəm mənə və bütün haqqı pozulan mingəçevirlilərə kömək edin. Bütünlüklə nahaqqa bürünmüş biri bizim haqqımızı, hüququmuzu necə qoruya bilər? Ümidimiz Sizədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?