"İsmayilli işi" üzrə növbəti məhkəmə prosesi bu gün saat 11:00-da başalıyıb. Hakim Mirbahəddin Huseynov məhkəmədə bəzi vəkillərin mantiya geyinmədiklərini irad tutub.
Əməkdaşımızın verdiyi məlumata görə, əvvəlcə Səttar Agamalıyevin vəkili çıxış ederek təmin edilməsi vəsatəti yerinə yetirilmədiyini söyləyib. Vəsatətə görə, Ağamalıyev Səttarın şahidi Ələsgər Bədəlovun məhkəmə çağırılmasıydı. Hakim əvvəlcə təmin etmiş olduğu vəsatəti danıb. Səbəb isə Ələsgər Bədəlovun Mingəçevir rayonunun polis rəisi olmasıdır. Onu məhkəməyə çağirmaq iqtidarinda olmayan məhkəmə vəsatəti təmin etmədiyini bildirir. Halbuki təqsirləndirilən şəxslər və onların müdafiəçiləri təsdqiləyib.
Səttar Ağamalıyevin vəkili məhkəmə tərkibinin dəyişdirilməsi ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı isə vəsatətin təmin edilmədiyini iddia edərək hələ bir arqument də gətirdib ki, əgər təmin olunsa da, onun gəlməsi işi uzadacaq və süründürməçiliyə gətirib çıxaracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?