Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Siyasi Şura üzvü Nəsimi Şərəfxanlını üzvlükdən xaric edib. Lent.az-ın "Modern.az" istinadən məlumatına görə, xaric edilmənin ehtimal olunan səbəbi N. Şərəfxanlının qəzetçi fəaliyyətidir. Belə ki, keçmiş Siyasi Şura üzvü “Yeni Cümhuriyyət” qəzetinin baş redaktorudur.
VHP-dəki mənbələr N. Şərəfxanlının qəzetçilik fəaliyyəti ilə partiya prinsiplərinin üst-üstə düşmədiyini vurğulayırlar. Xatırladaq ki, Nəsimi Şərəfxanlının rəhbəri olduğu "Cumhuriyyət" qəzeti artıq bir-neçə aydır ki, fəaliyyətini dayandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?