NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü, hazırda “Axın” hərəkatının təsisçilərindən biri olan Ömər Məmmədov dünən yoxa çıxıb. Bu gün isə onun həbs edildiyi məlum olub.
Virtualaz.org saytı NİDA-nın rəsmi facebook səhifəsində yer alan məlumata istinadən bildirir ki, hazırda Nəsimi Rayon Polis İdarəsində saxlanılan Ömər Məmmədova qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Ö.Məmmədov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Bu məlumatı facebookda VHP fəalı Samir Əsədli də təsdiqləyib.
Qeyd edək ki, Ö.Məmmədov bir neçə ay öncəyə qədər NİDA fəallarından olub, sonra isə bu hərəkatdan uzaqlaşaraq “Axın” təşkilatını yaradıb. Onun Şimali Kiprdə təhsil aldığı bildirlir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?