GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Malik Həsənov “Laçın” və “Xalqlar Dostluğu”nun “başını yedi”

Malik Həsənov “Laçın” və “Xalqlar Dostluğu”nun “başını yedi”

Tarix: 6-12-2012, 13:45 Bölmə :Manşet Baxış: 1 353

Ticarət mərkəzləri Həsənov qardaşlarının badına gedir
Malik Həsənov “Laçın” və “Xalqlar Dostluğu”nun “başını yedi”
gundemxeber.az Qəzetimizin ötən saylarının birində “Laçın” və “Xalqlar Dostluğu” ticarət mərkəzlərinin yaxın vaxtlarda söküləcəyindən bəhs etmişdik. Bu günlərdə məlum məsələ ilə bağlı redaksiyamıza müraciət edən özəl mənbə ticarət mərkəzlərini hədələyən təhlükənin siyasi tərəfinə aydınlıq gətirib. Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzlərinin sökülməsinin digər bir səbəbi də K.Həsənovun tutduğu vəzifədən getməsilə bağlıdır: “Məlumat üçün qeyd edək ki, istər “Laçın”, istərsə də “Xalqlar Dostluğu” ticarət mərkəzlərində K.Həsənovun Əmlak Komitəsinin sədri kimi öz payı var və bu pay şəriklik səviyyəsinə qədər yüksəlir. Lakin komitə sədri öz şəxsi biznesini genişləndirmək istiqamətində ənənəvi mübarizəsini davam etdirdiyindən, artıq “zəbt edilən” obyektlərin fəaliyyətinə nəzarət etmək imkanı məhduddur. Məhz bu səbəbdən də komitə sədri “Laçın” və “Xalqlar Dostluğu” ticarət mərkəzlərinə nəzarət etməyi qardaşı M.Həsənova həvalə edib. Lakin son vaxtlar K.Həsənova qarşı ali hakimiyyətin münasibətinin mənfiyə doğru dəyişməsi, komitə sədrinin vəzifəsilə yanaşı, obyektlərini də təhlükə qarşısında qoyub. Buraya K.Həsənova məxsus obyektlərlə yanaşı, onunla şərikliyi olan obyektlər də daxildir”.
Mənbənin sözlərinə görə, Həsənov qardaşlarının sözügedən ticarət mərkəzlərilə əlaqəyə malik olduğu “yuxarılara” məlum olduğu üçün, komitə sədrilə hesablaşma əməliyyatına “Laçın” və “Xalqlar Dostluğu” ticarət mərkəzləri də daxildir: “K.Həsənov uzun illərdir ki, komitə sədri kimi tutduğu mühüm dövlət postundan istifadə edərək, sadəcə külli miqdarda torpaq və obyektləri ələ keçirməmiş, həmçinin özünü bir çox obyektlərə də basqı yolu ilə şərik etmişdir. Komitə sədrinin “Laçın” və “Xalqalar Dostluğu” ticarət mərkəzlərinə şərikliyi də məhz bu əsnada reallaşmışdır. Ancaq bu gün məlum şəriklik yalnız K.Həsənovun deyil, həmçinin sözügedən ticarət mərkəzlərinin də başağrısına çevrilib. Başqa sözlə desək, hər iki ticarət mərkəzinin tikilməsində K.Həsənovun zəhməti olmasa da, sökülməsindəki xidməti misilsizdir”.
Ticarət mərkəzlərinin yeni ildən sonra söküləcəyini vurğulayan mənbə, söküntü prosesilə bağlı maraqlı məqamlara toxundu: “Çox güman ki, məhz yeni ildən sonra “Laçın” və “Xalqlar Dostluğu” ticarət mərkəzlərinin sökülməsi prosesinə start veriləcək. Nə qədər ilginc olsa da, söküntü prosesinin, məhz K.Həsənov tərəfindən aparılması ehtimalı yüksəkdir. Belə ki, siyasi elitanın qənaətincə, adıçəkilən ticarət mərkəzlərindən illər uzunu məhz K.Həsənov faydalandığı üçün, onun sökülməsi prosesinin də komitə sədri tərəfindən reallaşması məqsədəuyğundurr. Onların fikrincə, belə yanaşma məntiqi baxımdan daha doğru və daha ədalətlidir. Şübhəsiz, K.Həsənova məxsusluğu olan obyektlərin elə onun özünə sökdürülməsi məsələsi, həm də, komitə sədrinə qarşı ikiqat cəza xarakteri daşıyır”.
Söküntü işləri başa çatdıqdan sonra yol və səkilərin əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bildirən mənbə piyada və nəqliyyatın gediş-gəlişinin də asanlaşacagını vurğuladı: “Artıq müəyyənləşən layihəyə əsasən, ticarət mərkəzləri söküldükdən sonra istər avtomobil, istərsə də piyadalar üçün nəzərədə tutulan yol xeyli genişlənəcəkdir. Yolların genişləndirilməsilə bağlı proses başa çatdıqdan sonra, qalan ərazidə çoxmərtəbəli binaların inşasına start veriləcək”.
Mənbənin bildirdiyinə görə, “Laçın” və “Xalqalar Dostluğu” ticarət mərkəzlərinin söküləcəyilə bağlı yayılan xəbərlərin ciddiliyi bəzi arendator və satıcıları ərazidəki qonşu obyektlərə axın etməyə vadar edib: “Ticarət Mərkəzlərinin söküləcəyi ilə bağlı informasiyalar hələlik praktiki baxımdan öz təsdiqini tapmasa da, vəziyyətin ciddiliyi bir çox insanı köç tədarükünə hazırlaşmağa vadar edib. Artıq indidən “Laçın” və “Xalqlar Dostluğu” ilə vidalaşan bir qrup icarədar yaxınlıqdakı qonşu obyektlərdə dükan sahibi olmağa çalışır. Onların fikrincə, “Laçın” və “Xaqlar Dostluğu” ticarət mərkəzləri söküldükdən sonra birdən-birə yüzlərlə insan qonşu obyektlərdə iş axtarışına çıxacaq ki, bu zaman normal şərtlərlə iş tapmaq imkansız olacaq. Buna görə də, indidən öz bizneslərini sığortalamağa çalışan bəzi icarədarlar, söküntü prosesi başlamazdan öncə, qonşu obyektlərdə mövqelərini möhkəmləndirməyə cəhd edirlər”.
Mövzunu diqqətdə saxlayacayıq

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Laçın” ticarət mərkəzinin sahibi iş otağında öldü – “MTN işi” ilə bağlılığı varmı?

    “Laçın” ticarət mərkəzinin sahibi iş otağında ...

    17-11-2015, 16:08

  • 
  • Deputatın biznesi çökür

    Deputatın biznesi çökür ...

    16-11-2015, 16:33

  • 
  • “Laçın” Vergilər Nazirliyinə meydan oxuyur

    “Laçın” Vergilər Nazirliyinə meydan oxuyur ...

    28-02-2013, 11:13

  • 
  • “Laçın”ın qarşısındakı “Rolls Royce” icra başçısınındır, yoxsa bazarkomun?

    “Laçın”ın qarşısındakı “Rolls Royce” icra ...

    7-10-2015, 00:00

  • 
  • Kərəm Həsənovun gizli biznesinə əl qoyulur

    Kərəm Həsənovun gizli biznesinə əl qoyulur ...

    12-02-2013, 10:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu