GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun gizli biznesinə əl qoyulur

Kərəm Həsənovun gizli biznesinə əl qoyulur

Tarix: 12-02-2013, 10:29 Bölmə :Manşet Baxış: 1 067
Kərəm Həsənovun gizli biznesinə əl qoyulur

Komitə sədrinin kölgədəki biznesi de-şifrə edilir

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun son vaxtlar ali hakimiyyətdə arzuedilməz şəxsə çevrilməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər məklumat dərc olunub. Bugünlərdə redaksiyamızla əlaqə saxlayan özəl mənbə son vaxtlar komitə sədrinə qarşı yeni hücum kampaniyasına start verildiyini bildirib. Mənbənin sözlərinə görə, hakimiyyətin yuxarı eşalonunda təmsil olunan şəxslər komitə sədrinin gizli biznesinə əl qoymağa qərar verib: “Siyasi elitanın ona olan etimadını sürətlə itirən və sonucda müdafiəsiz qalan K.Həsənov bugünlərdə yeni bir problemlə üzləşib. Belə ki, K.Həsənovun Sumqayıtdakı zavodlarının əlindən alınmasından sonra komitə sədrinin gizli biznesinin də aşkarlanaraq ələ keçirilməsi prosesinə start verilib. Məlumat üçün qeyd edək ki, əmlak komitəsinin rəhbəri kimi fəaliyyət göstərdiyi uzun illər ərzində nəhəng biznes imperiyası formalaşdırmağa nail olan K.Həsənov özünün bütün yaxın əhatəsini də bu məsələyə cəlb edib. Məhz bu səbəbdən də bu gün K.Həsənov və onun qardaşı Malik Həsənova məxsus olan xeyli sayda obyekt komitə sədrinin qohumlarının və tanışlarının adına sənədləşdirilib. Bununla öz sərvətini başqa şəxslərin fəaliyyəti altında gizlətməyə çalışan K.Həsənov yad soyadlar altında nəhəng biznes şəbəkəsi yaratmağa müvəffəq olub. Ümumiyyətlə, qeyd edək ki, komitə sədrinin görünməyən biznesi görünən biznesindən daha böyükdür. Lakin son vaxtlar K.Həsənovun vuulması kampaniyasının fonunda komitə sədrinə məxsus məlum gizli biznesin de-şifrə edilərək əlindən alınması prosesi başladılıb. Artıq bunun fonunda komitə sədrinə məxsus bir çox obyektlərin onun əlindən alınaraq başqalarının adına sənədləşdirilib”.

Komitə sədri ona məxsus mini sexləri də itirib

Mənbənin sözlərinə görə, məlum kampaniya gedişində K.Həsənova məxsus, əsasən Bakı və Sumqayıt şəhərində yerləşən xeyli sayda mini sex də komitə sədrinin əlindən alınıb: “K.Həsənov daha böyük və daha gəlirli biznesə malik olsa da, onun Bakı və Sumqayıt ətrafındakı mini sexlərdən də ciddi gəlir əldə etdiyi şübhəsiz idi. Komitə sədri kimi dövlətin ona verdiyi yetkidən istifadə edərək Abşeron yarımadasındakı əksər orta və mini sexləri öz əlində cəmləşdirən K.Həsənov bir çox sahədə olduğu kimi bu sahədə də çoxsaylı rəqiblərlə mübarizədə diktə edən tərəf kimi çıxış edirdi. Lakin Heydər Əliyev Mərkəzindəki yanğın və çöküntüdən sonra siyasi kariyerasının tənəzzülünə qədəm qoyan K.Həsənovun bir çox sərvəti kimi mini sexləri də komitə sədrinin əlindən alınıb. Proseslərin bu şəkildə davam edəcəyi təqdirdə K.Həsənovun mərhələli şəkildə bütün əmlakından məhrum ediləcəyi, əmlaksız əmlak sədrinə çevriləcəyi qaçınılmaz olacaq”.

Kərəm Həsənovun seçki gözləntisi

Komitə sədrinin cari ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi planlara malik olduğunu söyləyən mənbə, K.Həsənovun nəyin bahasına olursa-olsun öz kreslosunu qorumağa çalışdığını vurğuladı: “Qarşıdakı prezident seçkiləri siyasi hakimiyyətdə təmsil olunan bir çox məmur kimi K.Həsənovun da əsas maraq dairəsindədir və komitə sədri seçki öncəsi yaranan həsas şəraitdə ciddi manevrlər etməklə öz vəzifəsini qoruyub saxlamağı proqnozlaşdırır. Siyasi elitanın ondan yetərincə narazı olduğunu bilən K.Həsənov, özünün 16 oktyabr seçkilərinə qədər sığortalandığı qənaətindədir. Komitə sədri hesab edir ki, “yuxarılar” onun nöqsanlarından boğaza yığılsa da, bütün diqqət və potensialın oktyabr seçkilərinə cəlb olunduğu bir ərəfədə hakimiyyət düşərgə daxilində şübhə və tərəddüdə yol verməmək üçün onu işdən azad etməyəcək. Başqa sözlə desək, komitə sədri heç deyilsə oktaybr seçkilərinə qədər toxunulmazlığa malik olduğu qənaətindədir. K.Həsənovun fikrincə, seçki öncəsi və seçkidən dərhal sonra hakimiyyət daxilində müəyyən manevrlər hesabına öz mövqeyini möhkəmləndirə bilər ki, bu da ona daha bir müddət sahib olduğu kreslonu qoruyub saxlamağa kömək edə bilər. K.Həsənovun məlum gözləntilərində nəzəri baxımdan müəyyən məntiq olsa da, əslində hakimiyyətin seçkiyə qədər komitə sədri ilə haqq-hesab çəkəcəyi daha məntiqli və inandırıcı görünür. Ola bilsin ki, hakimiyyət K.Həsənov və daha bir neçə şəxsi özündən uzaqlaşdırmaqla oktyabr seçkilərinə daha etibarlı və güvənli komanda ilə qatılmaq istəsin. Əgər belə olarsa, o zaman K.Həsənov öz kreslosu ilə vaxtından daha tez vidalaşmalı olacaq”.

Komitə sədrini bitirən daha bir səbəb

Mənbənin məlumatına görə, hakimiyyətin K.Həsənovla bağlı narazılığının digər bir səbəbi komitə sədri və onun qardaşı Malik Həsənovun əməllərinin sosial narazılığa səbəb olması il bağlıdır: “K.Həsənovla siyasi elita arasındakı ilkin bağlılığın qopmasının bir çox səbəbi var ki, bunlardan da biri komitə sədri və onun qardaşı M.Həsənovun fəaliyyətlərinin sadə vətəndaşlar tərəfindən narazılıqla qrşılanmasıdır. Hakimiyyət hesab edir ki, ölkədaxili vəziyyətin indiki həssas məqamında Həsənov qardaşlarının sosial narazılığı görükləməsi bütövlükdə hakim düşərgə üçün acınacaqlı nəticələrə səbəb ola bilər. İstər Cəlilabad, istərsə də Bakı sakinlərinin ölkə mətbuatı vasitəsi ilə ölkə başçısı və digər əlaqədar yetkililərə ünvanladıqları şikayət məktubları, erirazlar Həsənov qardaşlarının xalqı hakimiyyətdən kifayət qədər narazı saldığını göstərir. Bu baxımdan hakimiyyət hesab edir ki, K.Həsənovun vəzifədən uzaqlaşdırılması bu narazılıqların da aradan qalxmasına, vətəndaşların hakimiyyətə olan inamının möhkəmlənməsinə səbəb ola bilər”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi”

    Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi” ...

    7-12-2012, 11:34

  • 
  • Kərəm Həsənovun şərab biznesi

    Kərəm Həsənovun şərab biznesi ...

    13-06-2013, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu