Keçmiş polis şefi Məhərrəm Əliyevin Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinə müdir təyin olunması əslində həm də gözlənilən idi. Çünki hər zaman Əliyevlərlə sadiq olan Əliyev sadəcə olaraq hakimiyyət daxilində ki, proseslərdə məğlub olub geri çəkilmişdir. İndi isə onun yenidən aktiv siyasətə qayıdışına yaşıl işıq yandırıldı. Bu gün isə diqqət keçmiş baş prokuror Eldar Həsənova yönəlib. Eldar Həsənovda hakimiyyətdaxili oyunlarda məğlub oldu və səfir kimi ölkəni tərk etdi. İndi isə onun da geri qayıtması ilə bağlı fikirlər səsləndirilir. Qəzetimizə daxil olan bilgilərə görə Eldar Həsənovun Bakıya qayıtması üçün mühüm işlər görülür və bu məsələdə o ilk dəstəyi elə Məhərrəm Əliyevdən alacaq. Qeyd edək ki, hər iki məmurun son illərdə ciddi əlaqələri formalaşıb və bir neçə layihənin həyata keçməsində birgə işlərdə görüblər. Qeyd olunur ki, Eldar Həsənovda hakimiyyət üçün bitmiş məmur deyil və onun istər siyasi dairələrdə, istərsə də mediada ciddi nüfuzu və təsir imkanları var. Bizə daxil olan məlumata görə son bir il ərzində Eldar Həsənov Azərbaycanda bir neçə media orqanına nəzarət etmə imkanları da qazanıb. Bütün bunlar isə yuxarı dairələr tərəfindən ciddi izlənilir və onun bu imkanlarından istifadə gündəmdədir. Mənbə bunu da bildirir ki, Eldar Həsənov Prezident Admnistrasiyasında dövlət katibi postuna gətirilə bilinər. Qeyd edək ki, Lalə Şövkət Hacıyevanın istefasından sonra bu posta heç kim təyin olunmayıb. Amma indi siyasi proseslərin gərginliyini nəzərə alaraq Eldar Həsənovu bu posta təyin etməklə gücü artırmaq olar. Fariz
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?