Prezident seçkiləri öncəsi müxalif liderlərə bu şəkildə qarşı «qara piar» təşkil olunacaq
Uzun müddətdir ki, zaman-zaman gündəmə gələn Azərbaycanda «KQB» arxivlərinin açılması deyəsən 2013-cü illərdə gerçəkləşə bilər. Qəzetimizə daxil olan məlumata əsasən bu ilki seçkilər öncəsi hakimiyyət dairələri bu arxivlərin açılması istiamətində mühim işlər görməyi planlaşdırır. Məlumata əsasən KQB arxivlərinin açılması ilə əlaqədar olaraq yalnız 90-cı illərin əvvələrində Milli Azadlıq Hərəkatında öndə olmuş şəxslərlə bağlı faktlar açıqlanacaq. Hələlik prezident seçkilərində hakimiyyətin namizədinə əsas rəqib kimin olacığ dəqiq bilinmədiyindən gözlənilən odur ki, arxivlərin açılması ilə əlaqədar olaraq bu istiqamətdə də işlər həyata keçiriləcək. Məlumatda o da bildirilir ki, əgər müxalifətdən prezidentliyə əsas namizəd ənənəvi müxalifətdən və Milli Azadlıq Hərəkatından çıxmış şəxslər olacaqsa, o zaman onların da dosyeləri mətbuata təqdim olunacaq. Hətta belə dosyelər olmasa da, faktlar kifayət qədər inandırıcı görünmək üçün mühim informasiyaların da yayılması planlaşdırılan bu dosyelərdə yer alacağı bildirilir. Qeyd olunur ki, «KQB» arxivlərinin açılması «kampaniyası» əslində müxalifətdən olan əsas namizədin gözdən salınmasına hesablanacaq və məqsəd də seçkilərdən sonrakı mərhələyə çox şəffaf bir sistemin Azərbaycanı idarə etdiyi anlamını betonlamaq olacaq. Bu kampaniyanın başladılmasıv bir müddət mediada müzakirə ediləcək. Hətta tanınmış müxalif liderlərin də «KQB» arxivlərinin açılmaı ilə bağlı olaraq tərəfdar mövqelərini ifadə etmələri təklif ediləcək. Bundan sonra isə müxalifətdən olan bir çox tanınmış simalar israr etdikdə arxivlərin açılması ilə bağlı ilkin mərhələyə başlanacaq. Bildirilir ki, «KQB» arxivlərinin açılması zamanı bir müddət indiki iqtidar komandasında təmsil olunmuş və hazırda vəzifədə olan kiçik ranqlı məmurlar da qurban kimi arxivlərdən çıxan dosyelərə görə hədəfə çıxarılacaq. Bu ona görə ediləcək ki, ənənəvi müxalifətdən olan liderlər hədəfə aldınarkən «arxivdən çıxan» dosyelər inandırıcı görünsün. Bizə daxil olan bu informasiyaya görə, «KQB» arxivlərinin açılmasına dair kampaniyanı Azərbaycandan kənarda idarə edilməsi gözlənilir. Ehtimal edilir ki, Rusiya media vasitəsilə prosses təşkil ediləcək. Elçin
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?