“Milyarderlər İttifaqı”nın üzvü Vaqif Hüseynovla birləşir
gundemxeber.az Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının təsisçilərindən olan Söyün Sadıqov hazırda Moskvada yaşayan, Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktoru, Azərbaycan “KQB”sinin keçmiş şefi, general-mayor Vaqif Hüseynovla əməkdaşlığa başlayıb. Rusiyadakı mənbələrdən verilən məlumata görə, S.Sadıqov gücünü Rusiyanın hakimiyyət dairələrində böyük nüfuz sahibi olan V.Hüseynovla birləşdirmək qərarına gəlib. Məlumata görə, onlar arasında ilk görüş MDB Dövlətləri İnstitutunun təşkil etdiyi konfransda baş tutub. Konfransa dəvətli olan hər iki şəxs ayaqüstü söhbətləşiblər. S.Sadıqov V.Hüseynova niyyətini açıqladıqdan sonra qərara gəlinib ki, növbəti görüş general-mayorun rəhbərlik etdiyi institutda baş tutsun. Görüşün tarixi ilə bağlı məlumat verilməsə də, onun bu ilin sonunadək keçiriləcəyi söylənilib. Mənbə onu da deyib ki, S.Sadıqovun planında V.Hüseynovun təcrübəsindən geniş yararlanmaqla yanaşı, onu yaradacağı partiyada yüksək posta gətirəcəyi də düşünülüb. Xatırladaq ki, rəsmi Moskva S.Sadıqova yeni siyasi partiyanın – Milli Vahid Rusiya Partiyasının yaratmağı tövsiyyə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?