Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsindən azad olunub.
Universitetdən verilən məlumata görə, tədris işləri üzrə prorektor Rafiq Sadıqov vəzifəsindən universitetin rektoru Fərəh Əliyevanın sərəncamı ilə azad edilib. Universitetin tərbiyə və humanitar işlər üzrə prorektoru Gülşən Əliyevanın Teleqraf.com-a bildirdiyinə görə, Rafiq Sadıqov universitetdə müvafiq kafedrada öz işini davam etdirir: "Rafiq müəllim sadəcə, prorektor deyil, amma müvafiq kafedrada öz işini davam etdirir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?