Xəbər verdiyimiz kimi, noyabrın 13-də Bakı Dövlət Universitetinin tarix fakultəsinin bəzi tələbələri dosent Altay Göyüşovun işdən uzaqlaşdırılmasına etiraz olaraq dərsləri boykot ediblər.
Xatırladaq ki, tarixçi Altay Göyüşov çalışdığı Bakı Dövlət Universitetindən çıxarılıb. Bu barədə onun özü facebook-da yazıb. Universitetin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, A.Göyüşov üzərinə qoyulan işləri yerinə yetirmədiyi və işə gəlmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Virtualaz.org teleqraf.com-a istinadən bildirir ki, etiraz edən tələbələr dünən prorektor Sani Hacıyevlə görüşüblər. Prorektor söz verib ki, Altay müəllimin sabah (bu gün-red.) dərsi var: "Sabah gəlib dərsini keçə bilər».
A.Məhərrəmov bildirib ki, A.Göyüşov universitetin müəllimidir, ancaq onun müəllim kimi də fəaliyyəti araşdırılır. Rektor hesab edir ki, Altay Göyüşov Amerikaya qayıtmaq niyyətində olduğu üçün işinə səhlənkar yanaşır: «Hələlik müəllim kimi onun haqqında heç bir qərar yoxdur. Ancaq bir neçə vaxtdır onun məsələsi müzakirə olunur. Biz onu ABŞ-a göndərdik ki, gəlsin, universitetdə ingiliscə dərs desin. Mən rektor kimi düşünürəm ki, Altay Göyüşov uzun müddət dərsə gəlmədiyi üçün müəllim kimi işdən çıxarılmalıdır. Ancaq hazırda onunla bağlı heç bir əmr yoxdur».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?