“Köhnə mafiya”nın 4-cü kurs tələbələrindən yığdığı rüşvət geri qaytarıldı...
Dünən Təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt Dövlət Universitetində keçirilən iclasda iştirak edib. İclasda bildirilib ki, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib. Məlumata görə, Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu müvəqqəti olaraq əvəz edən Tədris işləri üzrə prorektor Əkbər Ağayev və universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov öz ərizələri ilə vəzifədən uzaqlaşdırılıb.
Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Dövlər Universitetinin mətbuat katibi ilə əlaqə saxladıq. Metbuat katibi prorektorların öz ərizəsi ilə vəzifəsindən azad edildiyi faktını təsdiqlədi. “Gündəm xəbər”ə daxil olan daha bir məlumatda isə daha şok məqamlar əks olunub. Belə ki, sabiq rektor Nadir Qəhrəmanovun “mafiyası” SDU-nun 4-cü kurs tələbələrindən aldığı rüşvəti son dəyişiklikdən sonra geri qaytarmaq zorunda qalıb. Məlumatda daha sonra qeyd olunur ki, hələ ictimailəşməsə də universitetin bir sıra dekan və şöbə müdirlərinin də işdən çıxmaları ilə bağlı ərizələri alınıb. Xatırladaq ki, Təhsil Nazirliyi SDU ilə bağlı üzərinə düşən işi gördü, indi növbə hüquq-mühafizə orqanlarınındır. Xalid
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?