Hərb Azərbaycanda yeni hərbi aerodrom tikməyə ehtiyac yoxdur. “Türkiyənin HAVELSAN şirkətinin Azərbaycanda yeni hərbi aerodrom inşa etməsinə lüzum yoxdur”. Bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, bundansa Sitalçay aerodromunu modernləşdirmək yaxşı olardı. “Hazırda Müdafiə Nazirliyinin balansında olan bu aerodrom yarı işlək vəziyyətindədir və onun yenidən modernləşdirməsi həm Azərbaycan, həm də NATO üçün sərfəli olardı, çünki bu aerodrom NATO qoşunlarının Əfqanıstandan çıxarılması üçün tranzit rolunu oynaya bilər”.
Hərbi ekspert hesab edir ki, Türkiyə şirkətinin Azərbaycanda reallaşdığı bu layihə hər iki ölkə arasında imzalanan hərbi əməkdaşlığa əsaslanır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?