GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Saakaşvilini Nyu-York bazarında avaraların arasında görüblər - (Fotolar)

Saakaşvilini Nyu-York bazarında avaraların arasında görüblər - (Fotolar)

Tarix: 23-09-2014, 17:14 Bölmə :Manşet Baxış: 934
Gürcüstanın keçmiş prezidenti, ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Mixail Saakaşvilini Nyu-Yorkun Bruklin kvartalındakı ərzaq yarmarkasında görüblər.

Virtualaz.org saytı xəbər verir ki, “The New York Times” qəzetinin əməkdaşı Ceyson Xorovits ayağına rəngbərəng krossovka geyinmiş Saakaşvili dərin “razrezli” yubkalar, kombinezonlar geyinmiş qadınların və tatuirovkalı avaraların arasında dolaşarkən müşayiət edib. Saakaşvili bazarda özünə təzə kokos qozu alıb.

“Mənim dostum, Birləşmiş Ərəb Əmirliklərinin ən iri şeyxlərindən biri Gürcüstana 20 min ədəd palma ağacı bağışlamışdı. Şəxsi hədiyyə kimi” - deyə Saakaşvili həsədlə bildirib.

Jurnalist yazır ki, Saakaşvili Nyu-Yorkun 7-ci Şimal küçəsində könüllü sürgündə məskunlaşıb.

Saakaşvilini Nyu-York bazarında avaraların arasında görüblər - (Fotolar)

“O, hakimiyyətə triumfial qayıdış haqda xəyallar qurur. Baxmayaraq ki, onun sürətli çöküşü Saakaşvilinin keçmiş sovet respublikalarına nümunəvi demokratiya ixracatçısı olacağına ümid edən amerikalı məmurların necə yanıldığına bariz nümunədir” - deyə C.Xorovits yazıb.

Məqalədə bildirilir ki, Saakaşvili Nyu-Yorkun “sirli mənşəli sərvətlərə” malik şəxslərin yaşadığı sahilyanı Uilyamsburq rayonunda, dayısının evində məskunlaşıb. Boş vaxtlarında o, kafelərdə oturur, velosipedlə körpünün üstündə gəzir, “Wythe” otelinin damında dostları ilə subayların axşamlarında görüşür.

Qalan vaxtlarında isə o, Ukrayna münaqişəsi ilə məşğul olur və Putinin qəzəbini üzərinə çəkərək yenidən siyasi əhəmiyyətli fiqur kimi qalmağa çalışır.

“Bu, Putinin sonudur” - deyə Saakaşvili Rusiyanın Ukraynaya müdaxiləsini qiymətləndirir.

Saakaşvili bu sözləri deyəndə Ukrayna prezidenti Pyotr Poroşenko Vaşinqtonda prezident Barak Obama ilə görüşürdü. Lakin Saakaşvili onu da deyir ki, Ukrayna münaqişəsi onun özünün düşünülməmiş qərarlar verən siyasi lider imicini yenidən qiymətləndirməyə imkan yaradır.

Qəzet yazır ki, Saakaşvili Gürcüstanda populyarlığını itirib, prokurorluq isə ona qarşı insan haqlarının pozulması və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə cinayət işi qaldırıb. Saakaşvili deyir ki, prokurorluq işçiləri onun düşməni Bdzina İvanişvilinin marionetkalarıdır.

“Saakaşvilinin bir sıra tənqidçiləri də razılaşırlar ki, Gürcüstanın indiki hökuməti heç də Saakaşvilinin özündən az olmayan qisasçı hisslərlə yaşayır” - jurnalist bildirir.

Məqalədə bildirilir ki, hazırda Saakaşvili memuarlar yazmaqla, nitqlərlə çıxış etməklə məşğuldur. Onun çıxışlarına görə “çox yaxşı məbləğlər” ödənilir. Həmçinin Saakaşvili Vaşinqtonda hansısa analitik mərkəz yaradır və özünün keçmişdəki qatı tərəfdarlarını, məsələn, senator Con Makkeyni, dövlət katibinin müavini Viktoriya Nulandı tez-tez ziyarət edir. Ona ABŞ-da işləmək hüququ verən viza da ayırıblar.

Saakaşvilini Nyu-York bazarında avaraların arasında görüblər - (Fotolar)

Saakaşvili evinin terrasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreusu qəbul edib. Ayın sonlarında isə Fransanın eks-prezidenti, yenidən hakimiyyətə qayıtmaq planları quran Nikola Sarkozinin səfərini gözləyir.

Hazırda Saakaşvilinin xanımı və kiçik oğlu Tiflisdədir, böyük oğlu Eduard isə Pensilvaniyada kollecdə oxuyur. Bu ilin may ayında Taft Universiteti M.Saakaşvili ilə müqaviləni uzatmaqdan imtina edib.

Qəzet yazır ki, Saakaşvili vaxtilə oxuduğu Kolumbiya Universitetində vəzifə almaq istəmədiyini deyir. Ancaq onun keçmiş müəllimlərindən biri deyir ki, Saakaşvilinin tanışları universitetin hüquq məktəbində ona iş xahiş etmişdilər.

Məktəbin rəhbərliyi isə ona iş verməyə ehtiyat edib. Belə ki, Saakaşvilinin beynəlxalq məhkəməyə verilə biləcəyindən ehtiyat ediblər, həmçinin onun özünü aparması ilə bağlı narahatlıq da olub.

Saakaşvili deyir ki, vətənində ona qarşı irəli sürülən ittihamlar ancaq bir şeydən xəbər verir: o, siyasi xarakterli “əcinnə ovu” ilə üzləşib.

“Əgər postsovet ölkəsində 9 il hakimiyyətdə olan adamla bağlı varlanmaq, korrupsiya ilə bağlı heç nə tapa bilmirlərsə, mən bununla qürur duya bilərəm” - o bildirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saakaşvili bir çox diplomatları geri çağırdı

    Saakaşvili bir çox diplomatları geri çağırdı ...

    16-01-2013, 10:49

  • 
  • Saakaşvili Putinin cavabını verdi

    Saakaşvili Putinin cavabını verdi ...

    19-12-2015, 01:12

  • 
  • Saakaşvilinin qolu sındı

    Saakaşvilinin qolu sındı ...

    9-04-2013, 11:34

  • 
  • "Ukrayna oliqarxları qorxaqdır" - Saakaşvili

    "Ukrayna oliqarxları qorxaqdır" - ...

    17-09-2015, 16:03

  • 
  • Saakaşvili: “Türkiyəyə hörmətim daha da artdı”

    Saakaşvili: “Türkiyəyə hörmətim daha da artdı” ...

    27-11-2015, 20:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu