Bu barədə Rusiyanın Liberal-Demokrat Partiyasının sədri, Duma üzvü Vladimir Jirinovski deyib. Qeyd edək ki, bir neçə gün öncə rusiyalı siyasətçinin Bakıya gələcəyi xəbəri yayılsa da, sonradan bu xəbər təkzib edildi. Amma Jirinovski özü bildirib ki, Bakıya baş çəkmək niyyətindədir.
“Mənə Bakıya getmək, oranı gəzmək maraqlıdır. Çünki mən orda 30 il öncə qeyri-siyasi sima ilə olmuşam. Parlamentdə təmsil olunan partiyanın lideri kimi ilk dəfə gedəcəm”, - deyə o bildirib. Daim Azərbaycana tənqidləri ilə seçilən Jirinovski bu dəfə tərifləyib: “Azərbaycana və onun mədəniyyətinə münasibətim yüksəkdir. Mən türk dilini bilirəm. Azərbaycanla Türkiyə mədəni və dil baxımından çox yaxın ölkələrdir. Mən bu respublikanı daha yaxından tanımaq üçün orda bir neçə gün keçirməyə şad olacam. Biz sadə məişətlə ünsiyyət qurmaq istəyirik. Nə dövlət rəhbərliyi ilə görüş, nə də bu səfəri böyütmək lazımdır”. Rusiya mediasının məlumatına görə, Jirinovski sentyabrın sonlarında Bakıya səfər etmək niyyətindədir. (publika.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?