Rusiya Liberal Demokrat Partiyasının lideri region üçün bədbin proqnozlar verib
Rusiya Dövlət Dumasında Suriyadakı vəziyyət barədə müzakirələr zamanı Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycandan da danışıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, RLDP lideri regionu gərginləşdirən əsas oyunçunun İsrail olduğunu deyib: “Bir şeyi anlamaq istəmirsiniz - burada əsas oyunçu İsraildir. O, İrandan qorxur. İranın dağıdılması barədə qərar qəbul edilib, qoşunları İran sərhədinə çıxarmaq üçün Suriyanı məhv etmək lazımdır”.
O, gələcəkdə güclü miqrant axınının yaşanacağını bildirib: “Suriyanı artıq iki milyon tərk edib, İrandan isə 20 milyon gedəcək. İran azərbaycanlıları müharibədən qorxaraq şimala qaçacaqlar, Bakı buna duruş gətirməyəcək və onları yerləşdirə bilməyəcək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?