Rusiya Liberal-Demokrat Partiyasının lideri Krım tatarlarına türk dilində müraciət edib
Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Krım üçün mahnı oxuyub. O, "Rosiyya-1" kanalının efirində "Voskresennıy veçer" (Bazar axşamı) adlı verilişdə qonaq olub. Verilişin əsas müzakirə mövzusu isə Ukraynanın tərkibindən çıxaraq, referendumla Rusiyaya birləşən Krım olub. Qonaq qismində iştirak edən Jirinovski tatarlara türk dilində müraciət edib. “İndi Krım tatarlarına müraciət edirəm. Daima dostluq, sülh və barış içərisində yaşamalıyıq. Hər zaman bərabər olacağıq. Başqa çarə yoxdur". LDPR sədri daha sonra türk sənət musiqisi bəstəkarı və sənətçisi olan Suat Sayının Krım haqqında yazdığı "Sevəməz kimsə səni mənim qədər" mahnısından bir hissə sitat gətirib. “Krım, sevəməz kimsə səni mənim sevdiyim qədər. Sən olmasan bu həyat nəyə yarar?!".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?