Respublikamızla qonşu, habelə uzaq dövlətlərin qəbul edilən və edilməyən yenilikləri təəssüf ki, bir müddət sonra bizim məkana da ayaq açır. Budəfəki yazımızda toxunduğumuz faktor elə bir bəladır ki, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, ayrı-ayrı ailələrin dağılmasına, hətta bəzi gənclərdə sonsuzluğun yaranmasına, fahişəliyin geniş vüsət almasına rəvac verir. İndi keçək əsas faktlara.
Adətən əxlaqsızlıq yuvaları kafe, bar və saunalarda olur. İnsan alverçiləri iaşə obyektlərinin təyinatını dəyişərək qeyri-qanuni fəaliyyətlə məşğul olurlar.
Yevlaxdakı İsmayıl adlı sahibkar isə Azərbaycanda bir "yenilik" edib. O , işlətdiyi yanacaqdoldurma stansiyasını əxlaqsız yuvaya çevirib.
Rayonun Tanrıqulular kəndinin girəcəyində yerləşən yanacaqdoldurma stansiyasına benzin vurmağa gələn sürücülərə yanacaqla yanaşı qadınlar da təklif olunur. Ucuz qiymətə. Obyektin yan hissəsində bunun üçün xüsusi otaqlar açılıb.
Ən təəssüfedici məqam odur ki, qadınların arasında həddi-buluğa çatmamış azyaşlı qızlar da var.
Bütün bunlardan isə Yevlax Polis Şöbəsinin xəbəri var. Sahibkar deyib ki, rahat işləməsi üçün hər ay polis şöbəsinə rüşvət verir.
Əlbətdə ki, bu onun iddiasıdır. Yevlax RPŞ-nin məsələyə münasibətini öyrənməyə çalışacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?