GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elvin, Araz, Fidan, Altun, Qrand... Paytaxtın məşhur əxlaqsızlıq yuvaları

Elvin, Araz, Fidan, Altun, Qrand... Paytaxtın məşhur əxlaqsızlıq yuvaları

Tarix: 26-07-2014, 12:39 Bölmə :Ölkə Baxış: 0
Elvin, Araz, Fidan, Altun, Qrand... Paytaxtın məşhur əxlaqsızlıq yuvaları


Adı çəkilən obyektlərdə şıdırğı insan alverinin qurbanları

Mətbuatın bu mövzudan dəfələrlə araşdırma apamasına baxmayaraq təəssüf ki, Bakıdakı əxlaqsızlıq yuvalarının sayı günbəgün artır. Bir məmurlara məxsus obyektləri ayrı-ayrı qurumlar himayə edir. Əfsuslar olsun ki, haqqında söhbət açmaq istədiyimiz bu problem artıq uzun illərdir həll edilmir. Elə bunun nəticəsidir ki, hər il gənclər arasında yoluxucu xəstəliklər artır. Etiraf etməliyik ki, bu gün ölkəmiz də daxil olmaqla insan alveri bir sıra ölkələri narahat edən əsas qanunsuzluqlardır. Artıq qloballaşan dünyanın bir hissəsi olan ölkəmiz də istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə üzləşir. Ölkəmizlə qonşu, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra bizim məkana da ayaq açır.

Sadaladığımız faktor elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, ayrı-ayrı ailələrin dağılmasına, hətta bəzi gənclərdə sonsuzluğun yaranmasına, fahişəliyin geniş vüsət almasına şərait yaradır. İndi keçək əsas faktlara. Belə ki, qəzetimizin əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum oldu ki, paytaxtın Ziya Bünyadov prospekti, əhali arasında «Dərnəgül yolu» adıyla məşhur olan ərazidə, konkret desək, tikinti materiallarının topdan satıldığı yerdə fəaliyyət göstərən «Sabirabad» kafesi guya ictimai iaşə obyekti profiliylə fəaliyyət göstərsə də, əslində əxlaqsızlıq yuvasına çevrilib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, «Sabirabad» kafesində günün günorta çağı şıdırğı insan alveri gedir. Bura üz tutanlar heç də yalnız nahar etməyə deyil, həm də başqa məqsədlər üçün gəlirlər. Ümumiyyətlə, hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir.

Təəssüf ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bu cür əxlaqsızlıq yuvaları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə etmək məqsədilə təşkil olunub. Yəqin ki, söhbətin hazırda da paytaxtda «Fidan» oteli adı altında fəaliyyət göstərən fahişəxanadan getdiyini anladınız. Qəzetimizə daxil olan bilgilərdə vurğulanır ki, «Fidan» oteli əsl qadın alveri məkanına çevrilib. Otelin müştəriləri bir qədər xərcə düşməklə burda istədikləri formada əylənə bilirlər. Özü də uzun müddət. Çünki artıq neçə ildir aidiyyəti orqanlar əsl qadın alveri məkanına çevrilmiş «Fidan» otelinin rəhbərliyinə «gözün üstə qaşın var» - deyən yoxdur. Belə obyektlərin ucbatındandır ki, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də QİÇS virusuna yoluxanların sayında artım var. Fakt faktlığında qalır - paytaxtda əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Açığı, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər.

Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Məsələn, «Emerald» oteli əxlaqsızlığın sayının artmasının başlıca səbəbkarlarındandır. Müştərilər bildirirlər ki, bu oteldə dincəlmək bir qədər baha başa gəlir - 80-100 manata. Amma «dincəlmək» var, dincəlmək var. Axı digər otellərdə görmədiklərinizi burada izləyə bilərsiniz. Özü də tam təhlükəsiz şəraitdə. Elə buna görədir ki, «Emerald»ın müştərilərinin sayı gündən-günə çoxalır. Şübhəsiz ki, buna rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, belə obyektlərin himayə edilməsidir. Paytaxtın ayrı-ayrı yerlərində istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə rəvac verir. Nəzərinizə çatdıraq ki, bu cür obyektlərə daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir. Paytaxtın digər yerlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların istirahət etdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır. Xətai rayonunda fəaliyyət göstərən «Günəşli» otelində hansı xoşagəlməz halların baş verməsinin şahidi olmaq üçün o qədər də böyük izləmə təcrübəsi tələb olunmur. Artıq belə otellər əhalini boğaza yığıb. Bu cür obyektlərin yerləşdikləri yerlərdə hava qaralandan sonra sakinlərin ailə üzvlərindən heç kim küçəyə çıxa bilmir. Vəziyyət o həddə çatıb ki, belə yerlərdə yaşayan ailələrə qonaq gələn yaxınları da onlara gündüz gəlib, gündüz də qayıdır. Axşama qalmırlar ki, məhəllədə, küçədə, binanın tinində və sair yerlərdə əxlaqsızlarla üzbəüz gələcəklər. Sakinlər bununla bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsələr də, nəticə göz qabağındadır. Sakinlər gileylənirlər ki, artıq evdən küçəyə çıxmaq mümkün deyil. Otelin yaxınlığındakı ərazidə yaşayan bəzi ailələr evlərində sanki dustağa çevrilib. Nə ailələr küçəyə, həyətə çıxa bilir, nə uşaqlar. Eləcə də bəzi kafelər, restoranlar əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərir. Yanaşı fəaliyyət göstərən «Araz» və «Elvin» əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi məkanların sakinləri də belə biabırçılıqlarla bağlı dəfələrlə müvafiq orqanlara müraciət ediblər. Lakin bir çox hallarda heç kim bu məsələyə müdaxilə edib biabırçılığı aradan qaldırmır. Əksinə, bəzi qurumların işçiləri çox qəribə və gülünc variantla canını məsuliyyətdən qurtarırlar. Belə obyektlərdə də cinsi istismara məruz qalanlar əsasən 18-23 yaş arası qızlardır. Bəzi yüksək vəzifəli məmurlara məxsus olan obyektlərdə baş verənlərə heç kim müdaxilə edə bilmir.

Düzdür, ayrı-ayrı yerlərdə polislər kafelərdəki fahişələri oradan yığışdırırlar. Ancaq kafelər bir neçə gün bağlı qalsa da, sonradan yenə fəaliyyətlərini davam etdirirlər. Ən xoşagəlməz faktlar isə ondan ibarətdir ki, bəzən sakinlər kafelərdəki əxlaqsız qadınları özləri aşkarlayıb qovur, ya da müvafiq yerlərə təhvil verirlər. Belə çıxır ki, yüksək vəzifəli bəzi məmurların himayəsində olan fahişə yuvaları hələ işləyir. Nəzərinizə çatdıraq ki, bir sıra əxlaqsızlıq yuvaları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə tədbir görmür. Xətai rayonunda fəaliyyət göstərən «Azəri» kafesi orta məktəbin düz yanındadır. Təsəvvür edirsinizmi, sentyabrdan etibarən hər gün məktəbə gedəcək şagirdlər buradakı rüsvayçı halları - ora gəlib-gedənləri, xüsusi, açıq-saçıq paltarlı qadınları öz gözləri ilə görəcəklər. Təəssüf ki, belə əxlaqsızlıq yuvaları yüksək çinli məmurlar tərəfindən himayə olunduğundan mövcudluqlarını davam etdirirlər. Sakinlərin dediyinə görə, kafelərinin day-dayları güclü olduğundan oranı bağlaya bilmirlər.

Bu siyahıya «Elit» Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən «Qrand» oteli, Yeni Günəşli qəsəbəsindəki «Altun»u, habelə «Astoria Baku» otellərini də əlavə etmək olar. Bu otellərdə əxlaqsızlıq yuvaları təşkil olunur ki, belə yerlərdə bir gecədə 20-25 otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir. Əxlaqsızlıq yuvaları yalnız ayrı-ayrı vətəndaşların rahat yaşamaq, asudə vaxtlarının səmərəli təşkili, gənclərin mənəvi baxımdan pozulmasına yox, digər problemlərə də yol açırlar. Təəssüf ki, adlarını sadaladığımız əxlaqsızlıq yuvaları bu gün də mövcuddur, fəaliyyət göstərir və fahişəxana kimi xidmət göstərirlər. Himayədarı olan obyekt sahibləri nə əhalini sayır, nə də qanunları. Müxtəlif profillərlə fəaliyyət göstərən bu obyektlərdə vəziyyət tamamilə acınacaqlıdır - günün günorta çağı bəzi qurumların gözləri qarşısında insan alveri gedir. Əfsuslar olsun ki, bir sıra aidiyyəti qurumlar da bu məsələyə biganə münasibət sərgiləyirlər.

Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yevlaxda rüsvayçılıq- yanacaqdoldurma məntəqəsində sürücülərə həm benzin, həm də qadın təklif olunur

    Yevlaxda rüsvayçılıq- yanacaqdoldurma ...

    16-10-2014, 15:55

  • 
  • "Neapol"dan başlayan əxlaqsız yol

    "Neapol"dan başlayan əxlaqsız yol ...

    23-05-2016, 14:15

  • 
  • Bakıda bir neçə evdə fahişəxana aşkarlandı

    Bakıda bir neçə evdə fahişəxana aşkarlandı ...

    30-06-2016, 15:28

  • 
  • "Niapol", "Ağ hotel", "Çinar", "Göyçə" hotellətinin fəaliyyətinə təcili olaraq son qoyulmalıdır - Şikayət

    "Niapol", "Ağ hotel", ...

    21-07-2014, 12:58

  • 
  • ŞOK: SUMQAYITDA AŞKAR SURƏTDƏ FAHİŞƏXANA - foto, video

    ŞOK: SUMQAYITDA AŞKAR SURƏTDƏ FAHİŞƏXANA - foto, ...

    26-11-2013, 17:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu