GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Polad Bülbüloğlunun prinsipial mövqeyi rəğbət doğurub

Polad Bülbüloğlunun prinsipial mövqeyi rəğbət doğurub

Tarix: 22-11-2013, 00:05 Bölmə :Manşet Baxış: 726
  Polad Bülbüloğlunun prinsipial mövqeyi rəğbət doğurub
Moskvada son bir ayda baş verənləri Rusiyadakı səfirimiz sərt tənqid edib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəsmi Moskvanı tənqid edib. Salamnews-un məlumatına görə, səfir Polad Bülbüloğlu Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə birincinin təşəbbüsü ilə baş tutan görüş zamanı bildirib ki, Rusiyada miqrasiya sahəsində yeniliklərin tətbiq edildiyi hazırkı mərhələdə Rusiyadan Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları kütləvi şəkildə çıxarılır.

Səfir narahatlıqla vurğulayıb ki, xarici vətəndaşın Rusiyaya daxil olub-olmaması barədə qərarı Rusiyada biri-birindən asılı olmayan 11 qurum verir və təklif edib ki, qadağa ilə üzləşmiş vətəndaşlara aid informasiya mübadiləsi aparılsın. Azərbaycan Miqrasiya Xidmətinin təmsilçiləri bütün məsələləri müzakirə etmək üçün yaxın zamanda rusiyalı həmkarlarla görüşməyə hazırdırlar. O həmçinin Moskva, Sankt-Peterburq və Yekaterinburq aeroportlarında Rusiyaya gələn Azərbaycan vətəndaşlarına heç bir izahat verilmədən Rusiyaya daxil olmaq qadağan edildiyini bildirib: “Nəticədə elə bir vəziyyət yaranır ki, Azərbaycan vətəndaşlarını aeroporta gəldikdə fakt qarşısında qoyurlar və oradan vətəninə göndərirlər. Bu müxtəlif kateqoriyalı vətəndaşlardır - onların arasında Rusiya ali təhsil ocaqlarının tələbələri, hərdən məktəblilər, tranzitlə gedən vətəndaşlar, deportasiya nəticəsində üzvləri biri-birindən ayrı düşən ailələr və s. Hətta iki epizodda Rusiya XIN-də rəsmi akkreditasiyası olan Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Rusiya ərazisinə buraxılmayıblar”.

Qeyd edək ki, ötən ay Moskvada Yeqor Şerbakov azərbaycanlı Orxan Zeynalov tərəfindən qətlə yetirilməsindən sonra başlayan olaylar zamanı azərbaycanlılara qarşı başlayan kütləvi hücumlar zamanı səfir Polad Bülbüloğlu baş verənlərə operativ reaksiya verib. Rusiya telekanallarına müsahibə verən səfir olayın qızışdırılmasına görə Rusiya mediasını ittiham edib. Eyni zamanda Orxan Zeynalovun həbsi zaman Rusiya telekanallarında yayımlanan videogörüntülərə münasibət bildirərək xoşagəlməz hal adlandırıb. “Bu, məhkəmə-hüquq qaydaları kodeksinin pozulması deməkdir. Bütün hüquq müdafiəçiləri internetdə yazır ki, baş verənlər insan hüquqlarının pozulmasıdır. O, xarici ölkə vətəndaşıdır. Ona lazımi qaydada münasibət olmalıydı. Hər şeydən əvvəl ona konsul dəstəyi göstərilməli idi, vəkil və tərcüməçi ilə təmin olunmalı idi. Əgər həmin insan günahkardırsa, qanun çərçivəsində layiqli cəzasını almalıdır”.

Səfir Biryulevo rayonunda baş vermiş iğtişaşlara görə Rusiya hakimiyyətini qınayıb. Sitat: “Qətl hadisəsi oktyabrın 10-da baş verib. Nədənsə iğtişaşlar 3 gün sonra başlayıb. Biryulevo rayonunda baş verən hadisələr zamanı saxlanılanların əksəriyyəti o rayonun sakinləri deyil, digər rayonlardan gələnlərdir. Niyə digər rayonlardan insanlar gələrək başını OMON-un dubinkasının altına qoyur? Normal insan bunu edərmi? Bunu eləmək üçün gərək insan öyrədilsin, motivasiya olunsun. Bu, o deməkdir ki, baş verən hadisələr üçüncü bir qüvvə üçün vacib idi. Azərbaycanla Rusiyanın arasını vurmaq istəyirlər. Əgər bir siyasətçi kimi soruşursunuzsa, bu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə cavab idi. Bu iki ölkə və xalq arasında münasibətləri gərginləşdirmək üçün edilmişdi. Qabaqcadan demək istəyirəm ki, bu, alınmayacaq”.

Qeyd edək ki, səfir Polad Bülbüloğlunun bu addımı kifayət qədər gözlənilməzdir. Çünki bir çoxları hesab edir ki, Azərbaycan hakimiyyəti Rusiyada baş verənlərə məlum səbəblərdən sərt reaksiya verə bilməyəcək. Əslində Bakıdakı reaksiya müəyyən mənada bu iddianı təsdiqləyirdi. Çünki Moskva olaylarına Bakıdan reaksiya lazım olduğu qədər sərt və operativ olmadı. Üstəlik, hökumətlə yanaşı parlament də hadisəyə operativ reaksiya verərək Moskvaya nümayəndə göndərmədi. Bütün bunların fonunda indiyə qədər Rusiyaya bağlı şəxs kimi tanınan səfir Polad Bülbüloğlu kifayət qədər açıq və sərt reaksiya verərək olayları pislədi. Hətta o qədər diqqətçəkən oldu ki, Moskvada təxminən eyni münasibətlə üzləşən ermənilərin də diqqətini cəlb elədi. Ermənistan mediası səfirin addımını təqdir edərək bunun fonunda səssiz qalan İrəvanın elçisini tənqid etdi. Əslində Polad Bülbüloğlu bütün səfirlərin etməli olduğunu edib. Bu səbəbdən də diplomatlardan uzun illər dəstək görməyən azərbaycanlılar üçün bu addım xeyli müsbət qarşılanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi lazımdır

    Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi ...

    20-10-2014, 14:38

  • 
  • Polad Bülbüloğlu Rusiya ilə viza rejimindən danışdı

    Polad Bülbüloğlu Rusiya ilə viza rejimindən ...

    26-11-2013, 12:15

  • 
  • Rusiyadakı səfirliyimizdən vətəndaşlara xəbərdarlıq

    Rusiyadakı səfirliyimizdən vətəndaşlara ...

    20-12-2013, 11:25

  • 
  • Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

    Polad Bülbüloğlu Rusiya hökumətindən təminat ...

    18-09-2014, 16:33

  • 
  • Polad Bülbüloğlu hakimiyyətin siyasətinə qarşı çıxdı

    Polad Bülbüloğlu hakimiyyətin siyasətinə qarşı ...

    28-09-2013, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu