Qızın atasının Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var.
Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın ailəsi Şəkidə sayılıb-seçilən ailələrdən biridir.
ANS-in məlumatına görə, Etibar Nuriyev tanınmış biznesmendir.
Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyekti, torpaq sahəsi var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.
Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.
Qətlə yetirilən G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş. - See more at: http://axar.az/news/32800#sthash.mVgxsdCK.U08MjzaA.dpuf
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?