Bu gün Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbayel rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?