Keçmiş deputat Gülər Əhmədovanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilməsi ilə bağlı mətbuatda məlumat yayılıb. Xəbərdə bildirilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.
Məlumatı dəqiqləşdirmək üçün YAP icra katibinin müavini Siyavuş Novruzovla əlaqə saxladıq. Partiya rəsmisi məlumatı təsdiqləyərək əlavə etdi ki, G.Əhmədova YAP-ın ilk rayon təşkilatının qərarı ilə partiya sıralarından xaric olunub.
G.Əhmədovanın partiyadan hansı səbəblə uzaqlaşdırılması məsələsinə də toxunan S.Novruzov bildirib ki, onun partiyadan uzaqlaşdırılması üçün səbəb çoxdur: «Əsas səbəb isə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqaldır»
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?