"Elementar olaraq Elşad Abdullayevi bu iş üzrə dindirməyiblər"
Sabiq deputat, mandat alveri qalmaqalına görə həbs edilmiş Gülər Əhmədovanın istintaqı yekunlaşıb. Bu barədə G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, hələ istintaq materialları ilə tanış olmayıb: “Öncə materiallarla Gülər xanım özü tanış olacaq. Ondan sonra mən də materialları araşdıracam”.
Vəkil məhkəmənin nə vaxta təyin olunacağı ilə bağlı məlumatı olmadığını dedi. O, istintaqın gedişindən narazı qaldığını vurğuladı: “İstintaq standart, şablon gedir. Elementar olaraq Elşad Abdullayevi bu iş üzrə dindirməyiblər. Gülər Əhmədova ilə üzləşdirməsi olmayıb. Daha öncə vəsatətim təmin olunmuşdu ki, Elşad Abdullayev dindiriləcək. Amma indi yazırlar ki, onu dindirməyiblər”. /Musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?