GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Məclis kəlbəcərli girovların müdafiəsinə qalxdı

Milli Məclis kəlbəcərli girovların müdafiəsinə qalxdı

Tarix: 28-10-2014, 13:31 Bölmə :Manşet Baxış: 780
Milli Məclis kəlbəcərli girovların müdafiəsinə qalxdı
İqbal Ağazadə Xankəndinə gedib girovlara vəkillik etməyə hazır olduğunu dedi və parlament rəhbərliyindən dəstək istədi

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə başlayıb. Deputat Siyavuş Novruzov Ukraynada keçirilən parlament seçkilərdən danışıb. “Seçkinin mürəkkəbi qurumamş ABŞ tərəfindən bəyanat verilir ki, azad, ədalətli, demokratik seçki keçirlib. Bildirlıir ki, biz Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə çalışacağıq. 20 ildir Minsk Qrupu həmsədri olan ölkə bir dəfə deməyib ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışacaq. Bu, onu göstərir kki, seçkini necə istəyirsən, keçir, müəyyən qüvvələrin rəyi dəyişməyəcək. Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməkl istəmirlər. Həmsərdlərə bir müraciət edək, görək onlar bu barədə necə düşünürlər. 20 ildir torpaqlarımız işğaldadır, bunlar turist səfərlərinə gəlirlər. Həmsədrlərə müraciət edək ki, hər bir ölkəyə bərabər şəkildə baxmaq lazımdır”.
Növbəti çıxışlar əsasən Kəlbəcərdən olan iki girovun, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndidə keçirilən məhkəməsinə həsr olundu.
Aydın Mirzəzadə girov kəlbəcərlilərdən danışaraq dedi ki, bu, çox pis təşkil edilmiş teatr tamaşasını xatrırladır. Öz dədə-baba yurdunu ziyarət edənlər üzərində saxta tamaşa hazırlanır. İndidən erməni KİV-ləri guya onların öz günahlarını etiraf etdiyi barədə saxta məlumat yayılıb. Ermənistan iki Azərbaycan vətəndaşını öz ərazisində girov götürüb saxta məhkəmə qurur, amma həmsədrlər buna biganədir. İstərdim ABŞ, Rusiya, Fransa bu saxta tamaşanın dərhal dayandırılmasını tələb etsin.
Fərəc Quliyev A.Mirzəzadənin çıxışına dəstək verərək dedi ki, ermənilər Dağlıq Qarabağı tanıtdırmaq üçün məhkəmə şousundan istifadə etməyə çalışır.
Deputat Ermənistan-Azərbaycan-Dağlıq Qaarabağ münaqişəsi ifadəsini doğru saymadı və bildirdi ki, bunu Ermənistan-Azərbaycan münaqişəsi kimi səsləndirmək lazımdır. Belə bəhanələrlə Dağlıq Qarabağ nümayəndəsinin də tərəf kimi təqdim etməyə çalışır. Bu ifadə birmənalı şəkildə götürülməlidir ki, bizə zərər gəlməsin.

Zahid Oruc İdarəçilik Akademiyasında PA rəhbəri Zahid Orucun çıxışının müdafiəsi ilə bağlı danışdı: “Biz Milli Məclis olaraq təhlil etməliyik ki, niyə cənub bölgəsində qızların 80 faizi təhsil almır, yaxud şimal bölgəsindəki problemlərimizin kökündə nə dayanır? Təhlil etməliyik ki, niyə 20-ci əsrin əvvəllərində Sevilin timsalında Azərbaycan qadını çadranı atdı, amma bu gün Azərbaycan qadını müxtəlif libaslara bürünmək istəyir?” Z.Oruc Təhsil Nazirliyi, TQDK və digər təsisatları dəvət etməyə və parlamentdə müzakirələr aparmağa çağırdı.
Fazil Mustafa da girovlarla bağlı müdafiə təşəbbüsünü dəstəklədi. Deputat vəkil Bəhruz Bayramovun Xankəndinə gedib girovları müdafiə etməyə hazır olduğunu vurğuladı və vəkilə dəstək verdi. Onu da dedi ki, Rusiyada, Avropada olan bir sıra hüquq müdafiəçilərini dövlət səviyyəsində dəstəkləyib ora göndərə bilərik.
F.Mustafa “yetimin, şəhidin, itkin düşənin” 11 min manat pulunu sahibinə verməyə çağırış etdi.
Leyla Abdullayeva oğru dünyasının nümayəndələrinin geniş şəkildə təbliğ olunduğunu, onlarla bağlı mahnılar, kitablar yazıldığını, kliplərin, filmlərin çəkildiyini dedi. Bu mənada spirtli içkilər və siqaretlə bağlı tətbiq olunan yaş senzinin bu məsələyə də tətbiqini zəruri saydı.
Musa Quliyev ezamiyyətə gedənlərin tibbi sığortası barədə danışdı. Xaricə rəsmi ezamiyyətə gedən şəxslərin tibbi sığortasını təmin etməklə bağl təklif verdi.
Qənirə Paşayeva da azərbaycanlı girovlarla bağlı danışdı. Çox təəssüf ki, nə ATƏT-in Minsk Qrupu, nə beynəlxalq təşkilatlar bu məsələyə ciddi diqqət yetirmirlər. Biz görürük ki, bizim girovlarla bağlı necə rəftar edilir. Bu məsələni mütləq Avropa İnsan Haqları Məhkəməsinə və Avropa İşgəncələr Əleyhinə Komitəyə aparmaq lazımdır. Ona görə də bu şəxslərin ailələrinə ciddi dəstək olmaq gərəkdir.
Xanım deputat “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini də parlament müzakirəsinə çıxarmağı təklif etdi.

İqbal Ağazadə dedi ki, kəlbəcərli girovların durumu onu da ciddi şəkildə narahat edir: “Onların vəkillə təmin olunmasını düşünməliyik. Başqa ölkələrdə olanda Azərbaycanın sıravi vəkilləri proseslərdə iştirak edirlər. Mən böyük məmnuniyyətlə onların hüquqlarını müdafiə etməyə hazıram. Bir millət vəkili, partiya sədri kimi prosesdə iştiraka böyük məmnuniyyətlə hazıram. Məhz Dağlıq Qarabağda keçirlən qeyri-qanuni məhkəmə prosesində bu, çox ciddi addım oalrdı. Xahiş edirəm Milli Məclis mənə nə kömək mümkünsə, etsin”.
Bahar Muradova da girov vətəndaşlarımızla bağlı narahatlığını bölüşdü: “Mən qondarma bir qurumun qondarma hüquq sisteminin təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz evlərinə getməsini ərazi bütövlüyün pozması, onlar üzərində məhkəmə prosesi qurması faktına etiraz etməyi düşünürəm. Bizim ümumi mövqeyimizə xələl gətirə biləcək fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Hər hansı hüquqşünas və deputat həmkarımızın belə o prosesdə iştirakını qeyri-məqbul sayıram. Bu, hüquqi mexanizm deyil, bu, Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Qətiyyən orda iştirak etmək olmaz. Amma bizim hüquqşünaslarımız beynəlxalq hüquq müdafiə təşkilatlarını bu prosesə cəlb etməlidir. Amma bizim Milli Məclis üzvlərinin qondarma rejimin qondarma rejimini tanımaq istiqamətində səsləndirdiyi fikirləri qətiyyən müdafiə etmirəm”.
Spiker Oqtay Əsədov Ukraynada keçirilən seçkilərlə bağlı mövqeyini bölüşdü: “Seçkinin mürəkkəbi qurumamış ABŞ və Böyük Britaniyanın mövqe bildirməsi aydındır. Bunun səbəbləri var. Baxırlar ki, Azərbaycan kiçik dövlətdir, amma inkişaf edir. Deyirlər, “dur bizim yanımızda”. Azərbayacn isə ikitərəfli münasibət qurmaq istəyir, bunu isə qəbul etmirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ÇAĞIRIŞ ETDİ

    ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ...

    5-07-2016, 23:38

  • 
  • “Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq”

    “Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü ...

    19-12-2012, 14:38

  • 
  • Aqramunta amnistiya haqda məlumatlandı

    Aqramunta amnistiya haqda məlumatlandı ...

    20-05-2016, 01:47

  • 
  • Milli Məclisin üzvlərinə deputat vəsiqələri paylanıb

    Milli Məclisin üzvlərinə deputat vəsiqələri ...

    1-12-2015, 14:05

  • 
  • Milli Məclisin plenar iclası başlayıb

    Milli Məclisin plenar iclası başlayıb ...

    1-12-2015, 13:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu