“İŞİD-ın yüksəlişi”ində Obama administrasiyasının yeritdiyi siyasət tənqid olunur
İraqdakı keçmiş ABŞ səfiri bildirir ki, Obama kəşfiyyat məlumatlarına məhəl qoymadı. Həmin məlumatlarda isə birmənalı şəkildə deyilirdi ki, İŞİD günbəgün güclənir, radikallaşır və bu təşkilat tezliklə İraqdakı stabilliyi aradan qaldıracaq. Bu barədə “Yahoo News” məlumat yayıb.
2010-2012-inci illərdə İraqda səfir olmuş Ceyms Cefferi deyir ki, administrasiya İraq ordusunun gücləndirilməsi istiqamətində elə bir iş görmədi. Halbuki kəşfiyyat məlumatlarında deyilirdi ki, İŞİD-ın qarsısın almaq üçün İraq ordusu təcili şəkildə yenidən silahlanmalı və təlimlər mütəmadi xarakter almalıdır. "The Rise of ISIS" (İŞİD-ın yüksəlişi) filmində sabiq səfir belə deyir.
Filimdə Obama administrasiyasının keçmiş üzvü, prezidenti ən sərt ifadələrlə tənqid edir. ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford və ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetti də narazılığını gizlətmir. Onların düşüncəsinə görə, ABŞ Suriyada Bəşər Əsədə qarşı vuruşan dünyəvi müxalifəti vaxtında silahlandırmalı idi. Ancaq Obama buna getmədi. Nəticədə Suriyada təşəbbüsü cihad təfəkküründə olan islamçılar ələ keçirdi.
Filmdə həmçinin İraqın keçmiş baş naziri Nuri Al Maliki aşırı şiə təəssübkeşliyində ittiham edilir. Filmdə vurğulanır ki, onun yeritdiyi siyasət İŞİD-ın möhkəmlənməsinə, sünnilər arasında nüfuz qazanmasına təkan verdi. Nuri Al Maliki o həddə gəlib çatdı ki, o, birinci müavini Tarık əl-Haşimini ölkədən didərgin saldı. İraqın sünni liderlərini terrorda ittiham etdi. Filmdə görünən Tarık əl-Haşimi bu ittihamları bir daha rədd edir.
Nuri Al Maliki İraq ordusunu yararsız hala salmaqda ittiham olunur. Halbuki həmin ordunun güclənməsi üçün ABŞ 7 milyatrd dollardan artıq vəsait ayırmışdı. Analitiklərdən biri İraq ordusunu piy basmış pişiklərə bənzıdir: “Hərbçilər yeyib-içib kef edirdilər. Üstəlik, yaxşı da maaş alırdılar. Bahalı siqarlar çəkirdilər, bahalı likorlar içirdilər”.
Nəticə isə belə oldu ki, 800 nəfər İŞİD döyüşçüsü 1,8 milyon əhalisi olan Mosul şəhərini asanlıqla işğal etdi.
Prezident Obamanın Milli Təhlükəsizlik üzrə sözçüsü olmuş Ben Rodes isə Ağ Evin sahibinin müdafiəsinə qalxır. Və bildirir ki, Konqres İraq ordusuna yenidən silahlanmasına kömək etməklə bağlı müraciətə müsbət yanaşmadı.
Filmdə ən maraqlı məqam general Martin Dempseylə bağlıdır. O, İraqdakı İŞİD qüvvələrinə məxsus hədəflərə hava zərbələri endirmək ideyasının müəllifidir.
Ondan soruşurlar ki, siz hava zərbələrinin effektiv olacağına əminsiznizmi. General isə bildirir ki, o, qədər də optimist deyil.
Filmin gedişindən aydın olur ki, ABŞ İraqa ordu yeritmək zorundadır. Baxmayaraq ki, prezident Obama bundan yayınmağa çalışdığını bəyan etmişdi. Ancaq real vəziyyət bunu diktə edir və bu diktə qəbul olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?