Şabranın Uzunboyad kəndində evli qadının evli kişiyə qoşulub qaçması ilə bağlı yeni xəbər var.
Ölkə mediasının uzun müddət müzakirə etdiyi bu rüsvayçı hadisədən sonra həm qaçan gəlin, həm də onu qaçıran kişi öz rəsmi nikahda olduğu ailələrindən boşanmağa hazırlaşırlar.
Məlumatı verən Şabran sakininin sözlərinə görə, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev rəsmi arvadı Günayla ayrılır. Qayınatası bu olaydan sonra qızının onunla bir yerdə yaşamasına razı deyil.
Eləcə də 21 yaşlı Siyəzən sakini Gülər Məmmədova İ.Atayevə qoşulub qaçandan sonra rəsmi həyat yoldaşı Rəşad Məmmədovla boşanmağa qərar verib.
R.Məmmədov arvadından olan övladlarını geri istəyir və onu analıqdan məhrum etmək niyyətindədir.
Qeyd edək ki, İ.Atayevin həyat yoldaşı Günay ANS-in əməkdaşına qapını açmayaraq, bu işlərdən xəbərsiz olduğunu deyib. Arvadı Atayevə qoşulan Rəşad isə bildirib ki, Gülər ayın 12-i atası evinə gedib. İki gün sonra isə ordan İlhama qoşularaq qaçıb.
Şabranda baş verən bu hadisəni Siyəzən polisi araşdırıb. Çünki Gülərin atası Siyəzən sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Polis isə bildirib ki, Gülər artıq atası evinə qayıdıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?