Şabranda da taleyi ilə barışmayanlar və onu dəyişməyə cəhd edənlər olub. Qonşusu tərəfindən qaçırıldığı deyilən gəlin, özü də iki uşaq anası olan gəlin üzə çıxıb. Bu gün “Adam içində” verilişində gəlin ona şər atıldığını iddia edib.
Şabranın Uzunboyad kəndində iki uşaq anasının qonşusu ilə qoşulub qaçma məsələsi “Adam içində” verilişinin əməkdaşlarını düz həmin kəndə apardı. Araşdırma zamanı 21 yaşlı Gülər Məmmədovun valideynləri deyilənlərin şər, böhtan olduğunu dedilər. Onların sözünə görə, qızlarının boşanma qərarından acıqlanan ər qisas üçün bu söhbəti uydurub.
“O, mənim qızıma deyib ki, evdən avadanlıq çıxsa, səni şantaj edəcəm”, – deyə Gülərin anası qeyd edib.
Gülərin qonşusu ilə qoşulub qaçma məsələsinə də elə Gülər özü aydınlıq gətirdi: “Mən ər evindən çıxan gündən atamın evindəyəm. O, məni biabır edir. O, məni döydü atdı bayıra”, – deyə qaçırıldığı deyilən gəlin Gülər Məmmədova vurğulayıb.
Baş verənlərlə bağlı Gülər polisə də müraciət etdiyini bildirdi. Bundan əlavə artıq o, boşanma üçün də məhkəməyə müraciət etməyi planlaşdırır. Qaldı, atanın qızın itkin düşməsi ilə bağlı polisə müraciət etmə məsələsinə…
Gülərin atası deyir ki, heç yerə müraciət etməyib.
Elə atanın qızı döymüşdük, danlamışdıq sözü əməkdaşların fikrini bir az da qarışdırır. Axı müsahibə zamanı Gülər üzündəki zorakılıq əlamətlərinə də aydınlıq gətirmişdi.
Studiyaya gələn ər Rəşad Məmmədov da Gülərin validyenlərinin dediklərini ağ yalan adlandırdı. Dedi qıza mən əl qaldırmamışam. Elə adı Gülərlə qoşulub qaçmaqda hallanan qonşu İlham Atayev də telefon xətti ilə efirə qoşularaq onunla heç bir şəxsi münasibətinin olmadığını bildirdi. Bu vaxta qədər isə ərin arvadını döyərkən kömək üçün səsə qonşuya keçdiyini söylədi. (ANS Press)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?