GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Baş maliyyəçi Elçin Əliyev məhkəməyə verildi

Baş maliyyəçi Elçin Əliyev məhkəməyə verildi

Tarix: 12-11-2014, 00:20 Bölmə :Manşet Baxış: 0
Bakı Baş Maliyyə İdarəsinin rəisinin metronun "Nəsimi" stansiyasının çıxışında tikdirdiyi obyekt sökülə bilər

İşçisinin hotel tikdirdiyini eşidən nazir Samir Şərifov onu vəzifədən kənarlaşdırmağa hazırlaşır

Baş maliyyəçi Elçin Əliyev məhkəməyə verildi
Ölkəmizdə bəzi vəzifəli şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması sanki dəb halına düşüb. "Qonşudan qalma geri" prinsipindən çıxış edən məmurların bir neçəsi müxtəlif biznes sahələrində öz güclərini sınayırlar. Tutduqları vəzifələrdən istifadə edən bir qrup məmur ayrı-ayrı sahələri monopoliyaya alaraq özlərinə geniş biznes şəbəkəsi yaradıblar. Belə olan təqdirdə sahibkarlar arasında sağlam rəqabət mühitinin yaranmasına imkan verilmir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin bir hissəsi sıxışdırılır. Nə qədər qəribə səslənsə də, reallıq belədir.
Bu arada baş maliyyəçi məhkəməyə verilib və Binəqədi rayon məhkəməsinin 6 noyabr 2014-cü il tarixli qətnaməsi ilə baş maliyyəçi məşur "91-lər" hərakatının fəal üzvü olan Həsən Mirzəyevin kürəkəni Elçin Əliyevə tikdirdiyi məlum otelin tikintisinə qadağa qoyub.Onu da qeyd edək ki,hal-hazırda həmin ərazində tikilən otellə qonşuluqda yaşayan Əkbərov Əli Mahmud oğlu cənab prezidentə məktub ünvanlayıb və hüquqlarının bərpasının təmin edilməsini xahiş edib.Sözügedən müraciəti olduğu kimi dərc edirik.
Baş maliyyəçi Elçin Əliyev məhkəməyə verildi

“Möhtərəm Prezident!
Məlumat üçün bildirirəm ki, uzun illərdir ki, mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram. Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başlamışdır. Xeyli müddətdir ki, həmin tikilinin inşası davam edir və tikilinin inşası zamanı biləvasitə mənim mülkiyyət hüququm və eyni zamanda qonşuluq hüququm pozulur.
Belə ki, Əliyev Elçin Rəhim oğlu həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirir. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına riayət etmədən, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun bu məsələnin könüllü şəkildə həll olunmasını ona təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozmuşdur.
Baş maliyyəçi Elçin Əliyev məhkəməyə verildi

Cənab Prezident!
Əliyev Elçin Rəhim oğlu Bakı Şəhər İcra Hakimiyyətində Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışır və tikintinin təyinatını nəzərə alsaq həmin qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə vardır. O qazanc əldə etmək məqsədi ilə inşa etdirdiyi binanı istifadəyə verdiyi andan öz mülkiyyətimdən istifadə etmək hüququm tam məhdudlaşdırılacaq. Bununla bərabər həmin binanın yerləşdiyi ərazidə çoxlu sayda eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evləri mövcuddur. Həmin evlərin cərgəsində yerləşən bu bina ərazinin memarlıq üslubuna uyğunluğunu tamamilə pozur. Bundan başqa qeyri-yaşayış binasını gələcəkdə təbiİ qaz təchizatı ilə təmin edəcək xətlər yer altı aparılmışdır. Bu da bir başa real təhlükənin baş verməsinə səbəb ola biləcək əsas amillərdən biridir. Digər tərəfdən həmin qeyri-yaşayış binasının su təchizatını təmin edəcək su anbarı Nəsimi metro stansiyasının üst hissəsində tikilmiş, həmçinin həmin bina Bakı şəhəri kanalizasiya kollektorunun üstündə inşa olunmuşdur. Bu da sözsüz ki, öz-özlüyündə təhlükəli amillərdən biri hesab olunur.
Bununla bərabər qeyri-yaşayış binasının evimə yaxın məsafədə tikilməsi təhlükəsizlik baxımından qanuna tam ziddir. Çünki istər yaşayış, istərsə də qeyri-yaşayış binalarında hər an yangın təhlükəsinin baş verməsi qaçılmazdır. Lakin həmin bina ilə evimin ara məsafəsi baş verə biləcək yangın təhlükəsinin qarşısını almaq üçün yanğın söndürən maşınların girişi və hərəkəti üçün tam əlverişsizdir. Belə olan halda gələcəkdə yanğın təhlükəsi baş verə biləcəyi zamanı həmin təhlükənin qarşısının alınması üçün müəyyən şəraitin mövcud olmaması real təhlükənin baş verməsinə yol açır. Bundan başqa qeyri-yaşayış binası evimə düşən günəş şüasının qarşısını alır və bu da gələcəkdə evimin rütubətli olmasına gətirib çıxara bilər. Sözsüz ki, rütubətli evdə yaşamaq insan sağlamlığına ciddi ziyandır. Lakin göründüyü kimi bu vəziyyət və eyni zamanda gələckdə yarana biləcək hər hansı bir xoşagəlməz hadisə qətiyyən Elçin Əliyevi maraqlandırmır. Onu yalnız gələcəkdə qeyri-yaşayış binasından əldə edəcəyi gəlir düşündürür. Bütün bu qeyd olunanlara baxmayaraq bir Azərbaycan vətəndaşı kimi ümidim Sizədir.
Cənab Prezident!
Qeyd etdiklərimi nəzərə alaraq, Əliyev Elçin Rəhim oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında qanunsuz inşa edilən qeyri-yaşayış binasının inşasının dayandırılması və eyni zamanda, mövcud tikilinin sökülməsi barədə aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm».

P.S...Onu da qeyd edim ki,bəzi mənbələrdən aldığımız məlumata görə həmin qanunsuz obyektin də xeyir-duası Hacıbala Abutalıbovun qələmi ilə razılaşdırılıb.Bir zamanlar qanunsuz sökuntülər seriyası ilə gündəmi ələ alan hacıbala müəllim indidə qanunsuz tikililərə yardımçı rəvac verən bir obraz yaradıb.Hacıbala Abutalıbovun maliyyə İdarəsinə rəhbərlik edən Elçin Əliyevin bu qədər Maliyyə vəsaitini haradan alması əlbəttə şübhəli məqamlara yol açır.Bu arada məlumat üçün qeyd edək ki Baş maliyyəçinin İpoteka fondunun direktoru ilə qohumluq əlaqələri olduğu deyilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • General İmranovun biznes imperiyası

    General İmranovun biznes imperiyası ...

    9-05-2014, 12:31

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI

    Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI ...

    24-07-2013, 13:01

  • 
  • Erməni nazir MƏHKƏMƏYƏ VERİLDİ

    Erməni nazir MƏHKƏMƏYƏ VERİLDİ ...

    24-03-2021, 14:25

  • 
  • Cəlilabadda məmur oyunbazlığı... - İDDİA

    Cəlilabadda məmur oyunbazlığı... - İDDİA ...

    25-05-2018, 15:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
Aposte no BetBoom cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu