Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan məhkəməyə verilib.
Naziri məhkəməyə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan verib. O, iddiasında nazirin onu əvvəlki vəzifəsinə bərpa etməsini tələb edir. Xaçatryanın iddiası qəbul olunub. İş hakim Daniel Danielyanın icraatındadır. Tiran Xaçatryan bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyanı məhkəməyə vermişdi. O, işdən çıxarılması barədə prezidentin 24 fevral 2021-ci il tarixli sərəncamının ləğvini tələb edirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?