GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə”

“Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə”

Tarix: 15-11-2014, 00:40 Bölmə :Manşet Baxış: 0
Noyabrın 14-də Milli Məclisin iqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

“Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə”
gundemxeber.az AzərTAc-a istinadən xəbər verir ki, müzakirələrdə komitə üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri də iştirak ediblər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin iqtisadi siyasət komitəsində reklam fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. İlk dəfə Milli Məclis 1997-ci ildə “Reklam haqqında” qanunu qəbul edib. Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti aşağı idi. İndi o vaxtdan 15 ildən artıq müddət keçib və Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara nail olub. Buna görə də müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var.

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib. Bildirilib ki, mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərəmmov yeni qanun layihəsinin bu sahədəki mövcud qanunvericiliklə uyğunlaşdırılmasının, eləcə də sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunmasının vacibliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əfaltun Amaşov layihənin beynəlxalq tələblər nəzərə alınmaqla hazırlandığını bildirib.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun indi cəmiyyətdə aktual olduğunu qeyd edən şöbə müdiri reklam sahəsində xarici təcrübə tətbiq olunarkən onun yaxşı tərəflərinə diqqət yetirilməsinin zəruriliyini bildirib, reklam bazarında rəqabətin önəmindən danışıb.

Dövlətin reklam sahəsində sağlam rəqabətin yaradılmasına dəstək verdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, tənzimlənmə bazar iqtisadiyyatına, Azərbaycan dövlətinin inkişafına uyğun olmalıdır.

Prezident Administrasiyasının rəsmisi deyib: “O məsələ ki Azərbaycanın inkişafına xidmət edir, biz ona yol açmalıyıq. Əgər ciddi bir ictimai fəsad vermirsə, bizim milli mənəvi dəyərlərimizə zidd deyilsə, kimsə malını reklam etmək üçün Azərbaycanın reklam büdcəsinə pul gətirir və burada xərcləmək istəyirsə, qoy xərcləsin. Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə. Bunlar mütləq şəkildə qorunmalıdır”.

Əli Həsənov deyib ki, layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapıb. Bununla yanaşı, hesab edirəm ki, layihənin üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyəti subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrupu həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili aradan qaldırılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməli, reklam subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin, ağır maliyyə sanksiyalarının, süründürməçiliyin, bürokratik əngəllərin və digər mənfi halların qarşısını almalıdır.

Əli Həsənov bir sıra prinsipial məsələlərlə bağlı təkliflərini işçi qrupuna təqdim edib.

İclas qanun layihəsinin müzakirəsi ilə davam etdirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Reklam qanunu dəyişdi

    Reklam qanunu dəyişdi ...

    15-05-2015, 12:40

  • 
  • Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır

    Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır ...

    23-01-2014, 13:19

  • 
  • Azərbaycanda hərbi sursat və pirotexnik vasitələrin reklamı qadağan olunur

    Azərbaycanda hərbi sursat və pirotexnik ...

    12-08-2013, 16:55

  • 
  • Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb

    Parlamentdə dövlət büdcəsinə dəyişikliklər ...

    9-08-2020, 10:00

  • 
  • Milli Məclisin komitə sədrləri məlum oldu - Siyahı

    Milli Məclisin komitə sədrləri məlum oldu - Siyahı ...

    10-03-2020, 13:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu