Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus olan şirkətlər dövlət büdcəsinə olan vergi öhdəliyini vaxtında ödəməyiblər.
Sabiq mədəniyyət nazirinin qızı Suad Qarayevanın (Maleki) adının baş hərflərindən götürülən “SQ-Future” MMC-nin (VÖEN – 1700495641) dövlət büdcəsinə 5 min 297 manat 83 qəpik vergi borcu var.
“SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC-də (VÖEN – 1700567661) dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hazırda dövlət büdcəsinə 2 min 28 manat 51 qəpik borcu var.
Bunlardan başqa sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) götürülən “GALS” MMC-nin də (VÖEN – 1701354961 ) 512 manat 51 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, “GALS” MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. Bir il sonra – 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət də təsis olunub. //Yeniavaz.com//
Sorğu
Yeni dizaynımız necədir?