GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Yediyarovun müxalifətçi müavini

Ramiz Yediyarovun müxalifətçi müavini

Tarix: 8-12-2014, 21:40 Bölmə :Manşet Baxış: 0
Ramiz Yediyarovun müxalifətçi müavini

Qüdrət Paşayev cibində YAP vəsiqəsi, ürəyində müxalifət sevgisi gəzdirir

Hörmətli oxucular! Gədəbəydə baş verən bütün qanunsuzluqlar, rüşvətxorluq, korrupsiya, dövlət büdcəsinin talan edilməsi haqqında gündəlik sizə məlumatlar veririk. Siz də bilirsiniz ki, belə qeyri-qanuni işlərə, rüşvətxorluğa, dövlət əmlakını mənimsəməyə can atan məmurlar savadsız və səriştəsiz olanlardır. Öz işlərinin öhdəsindən gəlməyi bacaran adamlar heç vaxt haram tikə yeməz, dövlətin pullarını talan etməz. Ramiz Yediyarovun ən yaxın adamlarından biri də İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayevdir. Düzdür yaxın deyəndə elə bilməyin ki, Ramiz Yediyarovla Qüdrət Paşayev çoxdanın dostlardır. Xeyr! Bu belə deyil.Qüdrət Paşayev sadəcə olaraq, hər yeni təyin edilmiş icra başçıları ilə dost olar, onlar işdən azad edildikdən sonra isə düşmən. Onu bu vəzifəyə keçmiş icra başçısı Kamran Rzazadə təyin edib. Çox keçmədi ki, Kamran Rzazadə Qüdrət Paşayevin tutduğu əməllərdən zara gəldi. Ancaq işdən azad etmək üçün vaxt çatmadı. Həm də Qüdrət Paşayevin qardaşı general Ədalət Paşayev hər vəchlə qardaşının işdən çıxarılmasının qarşısını aldı. Kamran Rzazadə işdən azad edildikdən sonra onun arxasınca ən birinci Qüdrət Paşayev danışdı. Bunu yeni başçı Ramiz Yediyarovun xoşuna gəlmək üçün elədi. Gəldi də! Atalar yaxşı deyib: “Tay tayını tapmasa günü ahı-vayla keçər”. Və başladılar bu rayonu talan etməyə. Q.Paşayev haqqında yəqin ki, hər bir gədəbəyli bilir. Bu o Qüdrət Paşayevdir ki, hələ ömrünün gənc çağlarında pul qazanmaq eşqinə düşür. Bunu necə reallaşdıracağı haqqında qəti qərar verir. İlk pul qazanmağı onun üçün uğursuz olur. Oğurluq etdiyi zaman yaxalanır. Cinayət işi qaldırılır. Sonradan Qüdrət Paşayev bu oğurluq əməlinə müəyyən don geyindirmək istəsə də hamı yaxşı bilir ki, o oğurluq üstündə məhkum olunub. Ali təhsili necə alıb bilmirəm, ancaq Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovdan soruşmaq istəyirəm ki, doğrudanmı Qüdrət Paşayev öz işinin öhdəsindən layiqincə gələn adamdır? Bəlkə də siz deyırsiniz ki, hə. Ona görə deyəcəksiniz ki, Qüdrət Paşayev oğurluq belə etməyə hazırdı ki, təkı siz ondan razı qalasınız. Mən başa düşə bilmirəm ki, nə yaxşı keçmişi çirkab içində olan bir adam bu günə qədər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini işləyir. Və işlədiyi müddət ərzində demək olar ki, ancaq əhalinin cibini soymağa çalışır. Onun gördüyü işlərə nəzər yetirsək ən azı bir vətəndaş kimi deyə bilərik ki, rayonu tərk etsə daha yaxşı olar. Qüdrət Paşayev indi iclaslarda hökümətə və dövlətə bağlı olduğundan danışır.



“Hörmətli” Paşayev! Bizdə olan məlumatlara görə siz həmişə hökumət əleyhinə təbliğatlarda iştirak etmisiniz. Milli İstiqlal Partiyasının Gədəbəy Rayon Təşkilatının ilk sədri siz olmusunuz. Əhali də yaxşı bilir ki, bütün seçkilərdə üzdə də olmasa, arxada kimləri təbliğ etmisiniz. Öz qohum-əqrəbalarınızla kimlərə səs verməyə çalışmısınız. Ancaq sizi qınamıram. Ona görə qınamıram ki, siz etdiyiniz bütün naqis əməllərinizə görə utanıb xəcalət çəkmirsiniz. Bizim milli mentalitetimizə uyğun olmasa da, sizin etdiyiniz ən naqis əməli sizin nəzərinizə çatdırıram. Siz həmin Qüdrət Paşayevsiniz ki, səhvət hissinizə hakim kəsilə bilməyib bir ailəni dağıtmısınız. Sonra da məsələ ciddiləşəndə həmin qadını gətirib zəbt etdiyiniz köhnə poçtun binasının otağında saxlamısınız. Bəlkə buna da yalan deyəcəksiniz?! Ancaq bilirsiniz ki, yalan deyil. Çünki bu hadisə haqqında müxtəlif informasiya vasitələrində də məlumat verilib. Bəs nədəndir görəsən sizin gördüyünüz məişət pozğunluğuna, etdiyiniz oğurluq cinayətinə görə, rüşvətə qurşanmış məmur olduğunuzu bilə-bilə Ramiz Yediyarov sizi hələ də özünün ən yaxın müavini kimi saxlamaqdadır? Bəlkə həqiqətən Ramiz Yediyarov qardaşınız Ədalət Paşayevdən çəkinir. Ona görə sizə bənd olmur. Mən bilən səbəb bu deyil. Əsil səbəb odur ki, Ramiz Yediyarov sizin əlinizlə min cürə rüşvət maxinasiyalarını yerinə yetirir. Əgər belə olmasaydı sizdən soruşmaq istəyirəm ki, Gədəbəyin Slavyanka kəndində, Dəyəqarabulaq kəndində tikdirdiyiniz imarətlər hardandır? Bakı şəhərində aldığınız dəyəri 100 minlərlə ölçülən evinizi hansı vəsaitlə almısınız? Biz bilən sizin indiyə qədər aldığınız əmək haqqı 800-1000 manatdan yuxarı olmayıb. Bəs bu qədər var-dövlət, milyonlarla dəyəri olan evlər nəyin hesabınadır?



Bizdə olan məlumata görə Slavyanka kəndində tikdirdiyiniz ev dövlətin ehtiyat torpaqlarının üzərində inşa edilib. Sizdən soruşmaq istəyirik ki, sizin yanınıza mülklərinin dağılmasıyla əlaqədar qəbulunuza gələn bütün vətəndaşlara siz deyirsiniz ki, qanunsuz tikdiribsiniz, ona görə də sökülməlidir. Sizdən soruşuruq ki, məgər Azərbaycanda iki qanun var? Əgər qanun varsa, deməli onda qanunları birinci siz pozmusunuz. Sizə kim ixtiyar verib ki, dövlətin ehtiyat fonduna daxil olan torpağın üzərində özünüzə şəxsi imarət tikdirəsiniz. Heç kim! Yəqin ki, qanuna görə sizin eviniz qeyri-qanuni tikili adlanır. Bəs niyə sökmürsünüz? Yoxsa siz də Ramiz Yediyarov kimi qanunlarla deyil, öz qaydalarınıza söykənib işlərinizi qurursunuz. Etdiyiniz cinayətlərə görə hələ məsuluyyətə olunmamısınız deyə, yoxsa heç nədən çəkinmirsiniz. Və yaxud Ramiz Yediyarov sizi eləmi arxayın edib ki, sizə heç kim toxuna bilməz. Bu dünyada həm yaxşılığın, həm də pisliyin sorğu-sualı var. Sizin etdiyiniz əməllər əslində səhv yox, böyük günahlardır. Qüdrət Paşayev öz danışdığınız yalanlara özünüzü inandırmayın. Siz həmin Qüdrət Paşayevsiniz ki, 2006-cı ildə şəhərə möhkəm yağan dolu nəticəsində şəxsi evlərə dəyən ziyanları Gədəbəy Fövqəladə Hallar Komissiyasının sədri kimi araşdırdınız və dəyən ziyanın ödəniləcəyini əhaliyə çatdırdınız. Sonra isə dövlət tərəfindən ayrılan pullar vətəndaşlara yox sizin şəxsi cibinizə axdı. Siz həmin Qüdrət Paşayevsiniz ki, dam örtükləri deşik-deşik olmuş əhalinin kasıb təbəqəsinin pulunu belə yeməkdən çəkinmədiniz. Deyəsən artıq sizin də vaxtınız çatıb. Sizin ağalığınız Ramiz Yediyarov işdən çıxana qədərdi. Yəqin ki, tezliklə Ramiz Yediyarov başda olmaqla təmsil olduğunuz komanda haqqında tədbirlər görüləcək. Allah böyükdür. Bircə şeyi unutmayın ki, başınıza gələn hər bir hadisəyı görə heç kimi yox, özünüzü qınayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı

    Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı ...

    4-10-2018, 14:58

  • 
  • Ramiz Yediyarovun müəmmalı keçmişi

    Ramiz Yediyarovun müəmmalı keçmişi ...

    12-12-2014, 16:13

  • 
  • Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona tapşırdı

    Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona ...

    4-10-2018, 15:06

  • 
  • Məmur oğlunun müəmmalı ölümünə dair daha bir detal

    Məmur oğlunun müəmmalı ölümünə dair daha bir detal ...

    10-03-2015, 19:52

  • 
  • Prezident Gədəbəyin icra başçısını vəzifəsindən azad etdi

    Prezident Gədəbəyin icra başçısını vəzifəsindən ...

    1-06-2018, 15:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu