GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Yediyarovun müəmmalı keçmişi

Ramiz Yediyarovun müəmmalı keçmişi

Tarix: 12-12-2014, 16:13 Bölmə :Manşet Baxış: 0
Ramiz Yediyarovun müəmmalı keçmişi

Gədəbəy RİH başçısının tərcümeyi-halında saxtakarlıqlar var

Hörmətli oxucular! Bu nömrəmizdə ötən saylarımızdan fərqli olaraq Ramiz Yediyarovun pul mənimsəmələri, torpaq satmaları, əhalini zülmlərə düçar etməyi deyil, 3 ildi Gədəbəyə qan udduran bu məmurun tərcümeyi-halı haqqında sizə məlumat veririk. Onun tərcümeyi-halını olduğu kimi sizlərə dərc edirik. Bu tərcümeyi-halı oxuyub görəcəksiniz ki, onun özündə bir saxtakarlıq var. Bir ikisini biz sizin nəzərinizə çatdırırıq. Orta yaşlı nəslə məlumdur ki, 1983-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Institutunda yoxlamalar başladı və orda təhsil alan tələbələrin əksəriyyətinin bu təhsil ocağına külli miqdarda rüşvət verib girmələri aşkarlandı. Tələbələrin əksəriyyəti institutdan xaric edildi. İnstitut bir filial kimi fəaliyyət göstərməyə başladı. Ramiz Yediyarovun tərcümeyi-halından görünür ki, o da həmin qovulan tələbələrdən biri olub. Əgər belə olmasaydı, Ramiz Yediyarov Ukraynanın Poltava şəhərinin Kooperativ İnstitutunda təhsilini davam etdirməzdi. Ancaq tərcümeyi-halında göstərir ki, guya o Poltava şəhərinə təhsilini davam etdirmək üçün göndərilib. Bu da Ramiz Yediyarovun saxta diplom almasına əsas verir. 18 yaşında instituta qəbul olan Ramiz Yediyarov elə həmin ildə hərbi xidmətə çağırılıb. Yəni 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Tərcümeyi-halda göstərilir ki, 1986-cı ildə hərbi xidmətdən qayıdan Ramiz Yediyarov 1990-cı ildə təhsilini başa vurub. Ramiz Yediyarovun nəzərinə çatdırmaq istəyirik ki, SSRİ dönəmində ali təhsil ocaqlarında təhsil müddəti beş ildən, 4 il doqquz aydan az olmayıb. Necə oldu ki, siz iqtisadiyyat kimi bir fakültəni dörd ilə başa vura bildiniz. Demək sizin təhsilinizin alı olmağı müəmmalıdır. Sizin bütün tərcümeyi-halınızdan görünür ki, hansı idarə və müəssisələrdə işləmisinizsə orda uzağı bir-iki il davam gətirmisiniz. Biz bildiyimizə görə hər idarədə 1-2 il işləyən adamlar təcrübəsiz və səriştəsiz kadrlar sayılırlar. Tərcümeyi-halınızda təəccüb doğuran bir məqam da siz 29.01.2010-cı ildə Bakı şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsinə təyin olunmusunuz və bu vəzifədə cəmi 6 gün işləmisiniz. 04.02.2010-cı ildə isə 14 saylı Ərazi Vergilər İdarəsinə rəsi təyin edilmisiniz. Bu təyinat bizə qaranlıq məqamlardan biridir.Tərcümeyi-halınızı oxuyandan sonra bizə bəlli oldu ki, əslində siz Gədəbəy rayonunu səriştəsizliyiniz və savadsızlığınız ucbatından xaosla üz-üzə qoymusunuz. Təyin edildiyiniz 3 il müddətində rayonun elə bir idarə və müəssisəsi yoxdur ki, orada rüşvərxorluq baş alıb getməsin. Sizin səriştəsizliyiniz nəticəsində demək olar ki, rayonda olan bütün sahibkarlar və fermerlər dilənçi vəziyyətinə düşüblər. Sizin təyin etdiyiniz icra nümayəndələri də elə deyəsən sizin kimi ali təhsil alıb. Sizin kimi “bacarıqlı”dırlar. Bizdə olan məlumata görə Saratovka kimi böyük bir kəndə təyin etdiyiniz icra nümayəndəsi Hüseyn müəllim sən demə dəliliklə təqaüd alırmış. Siz təyin etdiyiniz icra nümayəndəsinin tərcümeyi-halı ilə niyə maraqlanmırsınız? Niyə maraqlanasınız axı. Sizin tərcümeyi-halınız necədirsə, ətrafınızdakılar da da elədir. Götürək birinci müavininiz Qüdrət Paşayevi. Bu o Qüdrət Paşayevdir ki, əvvəlki saylarımızda yazdığımız kimi Milli İstiqlal Partiyasının Gədəbəy rayon şöbəsini yaradanlardan biri olub. Milli İstiqlal Partiyasının siyasi şurasının üzvü olub. Aldığımız məlumata görə bu məmur hələ də muxalifət partiyalarını dəstəkləyənlərdən biridir. Belə olmasaydı yəqin ki, birinci müavin Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edərdi. Bizdə olan məlumata görə Qüdrət Paşayev nə Milli İstiqlal Partiyasından istefa ərizəsi yazmayıb, nə də həmin partiyanı tərk etmək haqqında bəyanat verməyib. Bildiyimizə görə hansı yollasa 1998-cı ildə Yeni Azərbaycan Partiyasının üzvlük biletini əldə edib. Əgər partiyaya müraciət etsəniz görərsiniz ki, Qüdrət Paşayevdə olan Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi saxtadır. Çünki Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı idarə heyətinin Qüdrət Paşayevi üzvlüyə qəbul etməsi haqqında heç bir qərarı yoxdur. Ona görə də belə saxta məmurlar, Ramiz Yediyarov başda olmaqla bu yazıq rayonun əhalisinə qan uddurur. Aldığımız məlumata görə Qüdrət Paşayev doğulduğu kənddə bir ailənin tamamilə dilənçi olmasına fərman verib. Hətta həmin adamların Ceyrançöl ərazisində yerləşən yataqlarını qeyri-qanuni sənədlər düzəldərək onların əlindən almışdı. Və bu üç qardaşın Şahvələd, Nazim və digər qardaşlarının başına olmazın oyunlarını açmışdır. Hətta məktəbdə müəllim işləyən qardaşı sizin göstərişinizlə işdən azad edilmişdir. Ramiz Yediyarov bu rayonda inanmırıq ki, hansısa təmiz, dürüst, savadlı məmur sizinlə işləsin. Sizin kadrlarınız ancaq elə Qüdrət, Rüstəm, Hüseyn kimi olmalıdır. Tay-tayını tapmasa günü ah-vayla keçər.Hörmətli oxucular! Ramiz Yediyarovun Vikipediyadan götürdüyümüz tərcümeyi-halını olduğu kimi sizlərə təqdim edirik. Ola bilsin ki, bizim nəzərimizdən qaçan saxta məqamları sizlər görə bilərsiniz. Araşdırdığınız tərcümeyi-haldakı saxta bildiyiniz məqamları redaksiyamıza göndərməyinizi xahiş edirik.Yediyarov Ramiz Qəni oğlu, 31 may 1966-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan SSR-nin Şəki şəhəri, Şəki kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir. 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir.1984-1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 26.09.1990-cı il tarixdən 30.12.1994-cü il tarixədək Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı, 04.01.1995-ci il tarixdən 05.11.1997-ci il tarixədək Şəki rayonu. C.Cabbarlı adına kolxozda mühasib işləmişdir.11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında xidmət etmişdir. 11.11.1997-ci il tarixdən 15.03.2000-ci il tarixədək Şəki şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət vergi müfəttişi; 15.03.2000-ci il tarixdən 05.02.2001-ci il tarixədək Şəki şəhəri üzrə Vergilər Şöbəsinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi bölməsinin dövlət vergi müfəttişi; 05.02.2001-ci il tarixdən 13.11.2002-ci il tarixədək Şəki şəhəri Vergilər Şöbəsinin Bəyannamələrin yoxlanılması və uçotunun təşkili bölməsinin baş dövlət vergi müfəttişi vəzifələrində işləmiş, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən rayon vergilər şöbələri ləğv edildiyi üçün 13.11.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, işə qəbulla əlaqədar keçirilən müsabiqədən müvəffəqiyyətlə keçərək, 15.01.2003-cü il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələr şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 13.03.2003-cü il tarixədək işləmişdir. 13.03.2003-cü il tarixdən 26.08.2004-cü il tarixədək həmin şöbənin rəisi; 26.08.2004-cü il tarixdən 28.04.2006-cı il tarixədək 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi; 28.04.2006-cı il tarixdən 06.06.2008-ci il tarixədək 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi; 06.06.2008-ci il tarixdən 29.01.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi; 29.01.2010-cu il tarixdən 04.02.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifələrində işləmişdir. 04.02.2010-cu il tarixdən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 738 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı vardır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevi o, əvəz edəcək-TƏRCÜMEYİ-HALI  Featured

    Ramiz Mehdiyevi o, əvəz edəcək-TƏRCÜMEYİ-HALI ...

    1-11-2019, 15:33

  • 
  • Ramiz Yediyarovun “ağac əməliyyatı”

    Ramiz Yediyarovun “ağac əməliyyatı” ...

    20-11-2014, 19:38

  • 
  • İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

    İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan ...

    21-02-2015, 11:27

  • 
  • Gədəbəydə böyük korrupsiya araşdırması başladı – CİNAYƏT DOSYESİ TOPLANIR!

    Gədəbəydə böyük korrupsiya araşdırması başladı – ...

    20-09-2018, 12:35

  • 
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (240)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu