Məlum olduğu kimi , bu gün Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla ondan çox müxalifət partiyasının sədrlərinin Beynəlxalq Mətbuat Mərkəzində görüşü olub. Azinform.az-a həmin görüşün mətbuata qapalı keçirilən hissəsində əldə olunan razılaşmanın detallarından biri məlum olub. Bu barədə xəbəri saytımıza görüşdə işitirak edən partiyalardan birinin funksioneri verib. Onun dediyinə görə, Ə.Həsənov çıxışında bildirib ki, Azərbaycanda 55 siyasi partiya var, onlardan 53-ü qeydiyyatdan keçib, ikisinin isə qeydiyyata alınacağı gözlənilir.
Xatırladaq ki, qeydiyyatı gözlənilən siyasi qurumlardan biri də Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlat Partiyasıdır. Bu baxımdan da, yaxın vaxtlarda Sülhəddin Əkbərin sədri olduğu partiyanın da qeydiyyata alınacağını ehtimal etmək olar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?