Bu dəqiqələrdə internetdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında olan telefon danışığının audio yazısı yayılıb.
Bu söhbət Milli Şuranın son mitinqindən bir az əvvəl olub. Telefon danışığında Sülhəddin Əkbər öz liderinə xalqın mitinqə az gəldiyindən gileylənir. Həmin danışığın stenoqramasını təqdim edirik.
R.Q: Salam Sülhəddin.
S.A: Salam, necəsiz?
R.Q: Yaxşıyam. Ə siz orada nə mutfilmdi düzəltmisiz? Ayıb, ayıb. Sən öl, kefsiz e. Sən elə yaxşı eləmisən gedib çıxmamısan tribunaya.
S.Ə: Hə.
R.Q: Sənin bu addımın alqışlanır.
S.Ə: Hə.
R.Q: Mirmahmud hanı?
S.Ə: Görmürəm. Mən arxada durmuşam. Bəlkə də oralarda dayanıb.
R.Q: Yox e. Yəni tribunada görmədim.
S.Ə: Görməmişəm.
R.Q: Eldar (Yəqin Eldar Namazovu nəzərdə tutur-red.) gedib tula kimi tullanıb durub orda.
S.Ə: Hə.
R.Q: İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdı, başa düşə bilmirəm. Cəmil müəllim İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?!
S.Ə: Hə.
R.Q: Balaca stadionun 50 faizini doldura bilməmisiz.
S.Ə: Hə.
R.Q: Yaxşı ki, sən özünü təşkilatçılıqdan qırağa çəkə bilibsən.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?