GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı rayonlarının icra başçıları üçün "rahat-hülqum" siyasəti - Nazirlərin gördükləri işləri öz adlarına çıxırlar...

Bakı rayonlarının icra başçıları üçün "rahat-hülqum" siyasəti - Nazirlərin gördükləri işləri öz adlarına çıxırlar...

Tarix: 16-12-2014, 21:27 Bölmə :Manşet Baxış: 0
Bakı rayonlarının icra başçıları üçün "rahat-hülqum" siyasəti - Nazirlərin gördükləri işləri öz adlarına çıxırlar...

Sakinlər əsasən məhəllədaxili yolların bərbadlığından, su xətlərinin necə gəldi çəkilməsi və kanalizasiya sisteminin işləməməsi üzündən evlərinin, yolların sel-su altında qalmasından, bəzi yerlərdə ümumiyyətlə normal yolun olmamasından, məktəblərdə istilik sistemlərinin işləməməsindən və digər sosial problemlərdən şikayətlənirlər.
Bu tipli şikayətlər son günlər daha çox eşidilir. Qarşılaşdıqları çətinliklərdən bezən, bu problemlərlə bağlı müvafiq qurumlara müraciət edən, lakin heç bir nəticə əldə edə bilməyən sakinlər bir neçə qəsəbədə etiraz akisyaları da keçiriblər.
Ayrı-ayrı qəsəbələrdən daxil olan şikayətlər də sakinlərin qarşılaşdıqları problemlərin təxminən eyni olduğunu göstərir. Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, “A” massivi də daxil olmaqla bir çox küçələrin sakinləri palçıqlı yollardan şikayətlənirlər.
Ötən ayın əvvəlindən başlayaraq havaların yağışlı keçməsindən sonra ilk etiraz aksiyası xəbəri Binədən gəldi. “Sovxoz ərazisi” adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirdi. Səbəb qəsəbənin yollarının yağış sularından sonra keçilməz olması idi.
Bəs görəsən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları yuxarıda qeyd etdiyimiz kiçik problemlərin aradan qalxmasına niyə təsir etməyib?!
Ölkə rəhbərliyinin sərəncamı ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair artıq iki Dövlət Proqramı təsdiq edilib. 2011-2013-cü illəri əhatə edən I Dövlət Proqramına əsasən Bakı və ətraf qəsəbələrdə xeyli iş görülmüşdü. Bakı və ətraf qəsəbələrdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafının təmin edilməsi məqsədilə yeni sosial obyektlərin tikilməsi və s. kimi işlər bu qəbildəndir. Bu proqramın icrasına 3 milyard manat vəsait xərclənmişdi.
Növbəti - sayca ikinci Dövlət Proqramı isə bu ilin yanvarında prezidentin sərəncamı ilə imzalandı. Proqramın icrası 2016-cı ilədək davam edəcək. Yeni proqramın icrasına başlanılmasının gələn ay artıq 1 ili tamam olacaq.
İlk dövlət proqramının da 3 il davam etdiyini nəzərə alsaq, geridə qalan son 4 ildə paytaxta ən yaxın olan Suraxanı, Xəzər kimi rayonların qəsəbələrində yol infrastrukturu ilə bağlı çoxsaylı narazılıqların olması ciddi suallar yaradır.
2011-2013-cü illər I Dövlət Proqramına Bakı rayonlarının qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri və yenidənqurulması məsələsi salınsa da bu işlər tamamlanmadı. II Dövlət Proqramına əsasən qarşıya qoyulan məqsədlərə nəzər yetirdikdə 2014-2016-cı illərdə yolsuzluq məsələsi tamamilə aradan qaldırılmalıdır. Ümumilikdə proqrama daxil edilən bütün məsələlər öz həllini tapacağı təqdirdə Bakı və ətraf qəsəbələrin sakinləri qarşılaşdıqları problemlərdən tamamilə qurtulmuş olacaqlar. Əgər iş görülsə...
Araşdırma göstərir ki, vətəndaşların çoxsaylı şikayətləri onu deməyə əsas verir ki, rayonlarda dövlət proqramı çərçivəsində görülən işlər hələ də ləng gedir. Yerli məmurlar sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan işləri görmək əvəzinə sadəcə rayon mərkəzlərində divarların üzlənməsi, ağac əkilməsi, kosmetik abadlıq işlərinin görülməsi ilə məşğuldur.
Məsələn, Mərdəkan, Buzovna, Binə, Türkan, Qala, Şüvəlan, Zirə və Şağan qəsəbələrini əhatə edən Xəzər rayonu da dəfələrlə sakinlərinin yolsuzluq, su, qaz, işıq məsələləri ilə bağlı şikayətlərinə görə tez-tez gündəmə gəlir. Binədə keçirilən və minlərlə sakinin iştirak etdiyi aksiya yəqin ki, yaddaşlardan silinməyib. Yol probleminə görə etiraza qalxan sakinlərdən xeylisi saxlanılaraq polis bölməsinə aparılmışdı.
O da maraqlıdır ki, rayonlar üzrə qeyd edilən hesabatlarda səhiyyə ocaqlarının, təhsil müəssisələrinin, yanğından mühafizə üçün su hovuzlarının, idman zallarının tikintisi və təmiri ilə bağlı məlumatlar da yer alır. Halbuki Dövlət Proqramının təbdbirlər planına uyğun olaraq bu işlərin görülməsi müvafiq olaraq Səhiyyə, Təhsil, Fövqalədə hallar və Gənclər və İdman nazirliklərinə tapşırılıb. İsra hakimiyyətlərinin bu işləri öz adına çıxması bir qədər məntiqli deyil.
Bir sözlə, paytaxtın bəzi rayonlarının icra başçıları faktiki olaraq, ayrı-ayrı nazirlərin gördükləri işləri mənimsəməkdədir. Bəs görəsən, buna görə onlara “dur” deyiləcəkmi?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

    Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: ...

    27-10-2016, 19:58

  • 
  • Prezident Administrasiyasına çəkməlilərin  yürüşü

    Prezident Administrasiyasına çəkməlilərin yürüşü ...

    7-11-2013, 11:08

  • 
  • Son dövrlər bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə Xırdalan şəhərində yolların vəziyyəti ilə bağlı əsassız ittihamlar səsləndirilir

    Son dövrlər bəzi mətbuat vasitələrində və sosial ...

    3-02-2019, 22:11

  • 
  • Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər

    Gürcüstanda azərbaycanlılar etiraz aksiyası ...

    14-06-2013, 02:55

  • 
  • AAYDA rəhbərliyinin nəzərinə: BURA DA BAKIDIR... - GİLEY

    AAYDA rəhbərliyinin nəzərinə: BURA DA BAKIDIR... ...

    11-02-2022, 13:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu