GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Tarix: 27-10-2016, 19:58 Bölmə :Ölkə Baxış: 685
Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Bu günlərdə yağan aramsız yağışlar Bakının hətta bir çox mərkəsi küçə və prospektlərini keçilməz etdi. Paytaxt küçələri gölə çevrildi və sakinlər əlaqədar strukturların dalınca sosial şəbəkələrdə xeyli deyindilər. Həmin strukturlar isə problemin səbəbini ya izah etmədilər, ya da təbiət amilinə bağladılar və şəhərin kanalizasiya sisteminin bu qədər yağış üçün yetərsiz olduğunu dedilər.

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Ola bilsin mərkəzi küçələrin güclü yağışlardan sonra gölə çevrilməsi sakinlər üçün gözlənilməz və təəcüblü idi. Lakin paytaxtın ətraf qəsəbələrinin sakinləri üçün bu, hər il payız-qış mövsümünün başlaması ilə meydana çıxan adi problemdir, həyat tərzidir. Çünki bu qəsəbələrin bir çoxunda məhəllədaxili yollar, o cümlədən əsas küçələr belə asfalt örtüyünə malik deyil. Yağışdan-qardan sonra bu yollar keçilməz bataqlığa, palçıq gölməçələrinə çevrilir. Və ənənəvi olaraq həmin qəsəbələrin sakinlərinin müxtəlif instansiyalara, o cümlədən KİV-lərə şikayətləri başlayır ki, bəlkə dərdlərinə əlac tapıla.

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Bakının palçıqlı qəsəbələri

Bu cür vəziyyət Bakının Binə, Bülbülə, Buzovna, Hövsan, Ramana və digər qəsəbələrində uzun illərdir hökm sürür. Dizə qədər palçıq olan yollarda işgəncə çəkən sakinlər özləri də çox zaman paytaxtda, yoxsa ucqar dağ kəndində yaşadıqlarını qarışdırırlar. Bu qəsəbələrə yolu düşənlər palçıqdan keçib ictimai nəqliyyata minmək üçün sakinlərin özləri ilə ehtiyat ayaqqabı götürdüklərini, yaxud ayaqlarına selafon torba keçirdiklərini görsələr təəcüblənməzlər. Belə vəziyyətdən hər gün məktəbə gedib-gələn uşaqların, azyaşlıların nə çəkdiyini təsəvvür etmək də çətin deyil.

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

“İki uşağım var, biri səhər biri günorta oxuyur. Hər gün azı 6 dəfə bu bərbad yolları keçib məktəbə gedirik. Ayaqlarımıza sellofan torba bağlayırıq, amma yenə məktəbə çatanda palçığın içərisində oluruq. Uşağı tək buraxsam batıb qalar palçığın içərisində, məcburam hər gün bu bataqlığı keçib gedim. 6-7 ildir burada yaşayırıq, indiyə kimi hər yerə şikayət eləmişik, amma yollarımızı düzəldən yoxdur”, - deyə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakini Günay Əsgərova bildirir.

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Şikayətə baxan var?

Suraxanı rayonunun Bülbülə qəsəbəsinin S.Əliyev küçəsi, “A” massivinin sakinləri də 20 ilə yaxındır ki, eyni problemlə mübarizə aparırlar. Qəsəbələrin palçıq yollarına avtomobillər də davam gətirmir.
Sakinlərin sözlərinə görə, bu problemlə bağlı bələdiyyə və yerli icra strukturlarına şikayət etsələr də, heç kim əncam çəkmir. Əslində Bakıətrafı kənd və qəsəbələrin məhəllədaxili yollarını yerli bələdiyyə və rayon icra hakimiyyətləri təmir etməli olsalar da, bələdiyyəproblemi rayon icra hakimiyyətinin, rayon icra hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin üstünə atır.
Aparılan araşdırmaya görə, bir maşın asfalt almaq üçün təxminən 680-700 manat pul lazımdır. 1 kvadratmer sahənin asfaltlanması orta hesabla 7-8 manata başa gəlir. Nəticədə həmin qəsəbələrdə yaşayan sakinlərin yolları öz hesablarına abadlaşdırması da qəliz məsələdir.

Bakının palçıqlı qəsəbələrinin sağalmaz dərdi: “Bu pula bir vedrə asfalt düşür...”

Binə bələdiyyəsi: “Bizim gücümüz çatan iş deyil...”

Problemlə bağlı araşdırma aparmaq üçün Binə qəsəbə bələdiyyəsilə əlaqə saxladıq.
Bələdiyyənin sədr müavini Gülbarə Mehdiyeva əməkdaşımıza idarənin balansında asfaltlama işləri üçün
kifayət qədər vəsaitin olmadığını, yalnız şikayətlə olarsa,
bəzi küçə və yollara çınqıl, torpaq töküldüyünü dedi.

“Çalışırıq bizə müraciət edən sakinlərə imkanlarımız daxilində kömək edək. Amma bələdiyyə ancaq yığılan əmlak vergisnin hesabına az-çox təmir işləri apara, yollara çınqıl, torpaq tökə bilir. Neçə gündür davam edən yağışlardan sonra yolların vəziyyətini də yaxşı başa düşürük. Hazırda Binə qəsəbəsinin girəcəyindən “Sovxoz”a qədər olan yolda təmir işləri aparırıq. Ümumiyyətlə, məhəllədaxili yollar ərazi baxımdan bizim balansımızdadır, amma bizim mülkiyyətimizdə deyil. Bizim yola asfalt vurmağa gücümüz çatmır”-Mehdiyeva deyir.

Buzovna bələdiyyəsi də deyir ki, asfalt onlarlıq deyil

Buzovna bələdiyyəsindən də büdcədə məhəllədaxili yollarının təmiri üçün kifayət qədər vəsait olmadığını bildirdilər: “Bizim küçələrə asfalt vurmağa vəsaitimiz yoxdur. Ümumiyyətlə, yollar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və “Azəravtoyol” ASC-nin balansındadır. Yollara asfalt çəkilməsi, təmirinə onlar baxırlar. Bizə ancaq sakinlər müraciət etdikdə gölməçə yaranan yola çınqıl və ya torpaq tökürük. Kiminsə evinin qabağında göl yaranıbsa, motorla yığılmış suyu çəkirik”, - deyə bələdiyyədən bildirdilər.
Bülbülə bələdiyyəsinin sədri Cavid Babayev isə deyir ki, əgər vətəndaşlar yaşadıqları evə görə əmlak vergisini versələr, bələdiyyənin də yol çəkməyə və ya digər problemləri həll etməyə müəyyən qədər vəsaiti olar. Onun sözlərinə görə, əvvəllər insanlar az da olsa, bu vergini ödəyirdilərsə, indi vəziyyət lap çətinləşib. Yəni beş, hətta on illərlə əmlak vergisini ödəməyən sakinlər var.

Bülbülə bələdiyyəsinin sədri: “28 manat verib, deyir asfalt çək”

“Hər küçədə cəmi 1-2 sakin əmlak vergisini ödəyir. Əməkdaşlarımız bu vergini yığmaq üçün hər gün qapı-qapı gəzirlər. Biri deyir pulum yoxdur, biri deyir dövlət mənə iş versin, mən də ödəyim… Biz də özümüzdən yuxarı instansiyalara – icra hakimiyyətinə və “Azəravtoyol” ASC-yə yazırıq ki, kömək eləsinlər, asfalt çəksinlər. Bir neçə gün öncə bir nəfər gətirib 28 manat ödəniş edib, deyir ki, ödənişi eləmişəm, gətirin küçəmizə asfalt vurun. Axı 28 manata cəmi bir vedrə asfalt düşür. Mən vətəndaşları da başa düşürəm, amma bizim də büdcəmiz cammata kömək eləməyə yetərli deyil. Mən bələdiyyəyə gələndə büdcəsində cəmi 67 manat pul var idi. 9-10 nəfər işçimiz var, onlara hələ ötən ayın maaşını düzəldib verə bilməmişik. Özüm cəmi 206 manat, digər işçilər 180 manat maaş alırlar”, - deyə bələdiyyə sədri bildirdi.
C. Babayevin sözlərinə görə, digər bir problem də onunla bağlıdır ki, Bülbülə qəsəbəsində olan 6 mindən yuxarı evdən cəmi 1500-1700 evin “kupça”sı var. Onlardan da cəmi minə yaxını əmlak vergisi verir. Çıxarışı olmayan evlərdən isə ümumiyyətlə, vergi almaq mümkün deyil.

İcra Hakimiyyəti: “Heç bir maşın çınqıla da pulumuz yoxdur, şikayətə gələnlərə dövlət proqramını göstəririk…”

Belə məlum oldu ki, məhəllədaxili yolların çəkilməsi və ya təmiri heç icra hakimiyyətlərini də maraqlandıran məsələ deyil. Suraxanı rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovun əməkdaşımıza bildirdiyinə görə, rayonda 3 milyon kv. metr asfalt örtüyünə ehtiyac olan yol olsa da, büdcədə buna ayrılacaq vəsait yoxdur.

“Yolların çəkilməsi BŞİH-in və “Azəravtoyol” ASC-nin səlahiyyətində olan məsələdir. Hələ ki, bütün yolların asfaltlanması üçün kifayət qədər vəsaitimiz yoxdur. Biz ancaq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na rayonun qəsəbə və kəndlərinin məhəllədaxili yollarının da salınmasına nail olmuşuq”-Barxudarov deyir.
Bəs sakinlər kimə müraciət etsinlər, İcra Hakimiyyətinin onlara heç olmasa texnika və ya bir maşın çınqılla kömək etməyə imkanı çatırmı? İcra Hakimiyyətinin rəsmisi deyir ki, xeyr, onların heç bir maşın çınqıl almağa belə vəsaiti yoxdur.
“Bizə də bəhs etdiyiniz Samir Əliyev massivindən, digər yerlərdən şikayətçilər gəlirlər, biz onlara dövlət proqramını göstəririk. Aidiyyatı orqanlara kömək üçün məktub yazırıq. Əlilimizdən gələni edirik ki, sakinlərin bu problem həll olunsun. Amma hazırda heç bir maşın çınqıl belə almağa vəsaitimiz yoxdur”-Barxudarov bildirir.

“Bizim işimiz sakinlərin şikayətlərini yuxarılara çatdırmaqdır…”

Xəzər rayon İcra Hakimiyyətindən də suallarımıza oxşar cavab aldıq. İcra Hakimiyyətinin sosial iqtisadi inkişafin təhlili və proqnozlaşdirilması şöbəsinin aparıcı məsləhətçisi Azər Babazadənin redaksiyamıza bildirdiyinə görə, bu rayonda da qəsəbə və kəndlərdə məhəllədaxili yolların çəkilməsi və təmiri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salınıb. 2016-cı ilin bitmək üzrə olduğunu xatırlatdıqda isə icra rəsmisi dedi ki, indi onların ümidi növbəti proqrama qalır.

“Rayon İcra Hakimiyyətlərinin büdcəsi yalnız işçilərin maaşlarından ibarətdir. Əgər vətəndaşların hər hansı müraciəti olarsa, biz bununla bağlı yuxarı orqanlara məlumat veriririk. Məsələn, bir müddət əvvəl Mərdəkan qəsəbəsində vətəndaşların çoxsaylı müraciətlərindən sonra biz məsələni Bakı şəhər İcra Hakimiyyətinə çatdırdıq, onların köməyi ilə 3 küçə asfaltlandı”-Azər Babazadə bildirir.
Hazırda təkcə Binə qəsəbəsində 25-30 km, ümumilikdə rayon ərazisində isə 150 km-dən çox asfaltlanmaya ehtiyacı olan məhəllədaxili yollar var. Və belə görünür ki, bu ərazilərdə yaşayan sakinlər asphalt yol barədə hələ çox xəyal etməli olacaqlar.

“Azəravtoyol” ASC xatırladır ki…

“Azəravtoyol” ASC-dən isə də bu yolların onların nəzarətində olmadığını dedilər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, bütün yeni salınan qəsəbələrin məhəllədaxili yol və küçələri bələdiyyələrin və icra hakimiyyətlərinin balandsındadır. “Azəravtoyol”un balansında olan küçə isə yalnız mərkəzi küçədir.
Beləliklə, şəhərətrafı qəsəbələrdə məhəllədaxili yollar yoxsul bələdiyyələrin və “büdcəsində ancaq maaş verməyə pul olan” icra hakimiyyətlərinin ümidinə qalıb. Hansı ki, rayon icra hakimiyyətlərinin işi vətəndaşların şikayətlərini yuxarı orqanlara, məsələn, Bakı Şəhər İcra Hakimiyyətinə çatdırmaqdan ibarətdir, daha dəqiq desək, poçtalyonluqdur.

Bəs icra hakimiyyətləri nə işə yarayır?

Sual yaranır-əgər rayon icra hakimiyyətləri vətəndaşların ən xırda problemlərini belə həll etmək imkanında, səlahiyyətində deyilsə, vətəndaş hansısa yola bir maşın asfalt, çınqıl, daş-kəsək tökülməsi üçün ən yuxarı instansiyalara müraciət etməlidirsə o zaman yerli icra hakimiyyətləri nə üçündür? Bəyəm vətəndaşlar öz müraciətlərini özləri yuxarı orqanlara çatdıra bilməzlər?
Belə qənaət yaranır ki, yolları bərbad olan sakinlər palçıqlı çəkmələrini sürüyə-sürüyə əvvəlcə yığışıb icra hakimiyyətinə şikayətə gedirlər.İcra Hakimiyyətində onları kəmali-ədəblə qəbul edib bir yığın kağız və sübutlarla başa salırlar ki, sizin probleminizə biz baxmırıq, yəni bizim büdcəmiz ancaq işçilərimizin məvacibinə çatır. Gedin bələdiyyənin boğazından yapışın. Sakinlər bu dəfə bələdiyyənin qapısınıdöyürlər, məlum olur ki, onların nə pulu var, nə texnikası.
Bəs Bakı Şəhər İcra Hakimiyyəti? Orada paytaxtın ətraf qəsəbələrinin palçıqlı küçələri haqda nə düşünürlər? Axı bu palçıq avtombillərin təkərlərində, sakinlərin ayaqqabılarında paytaxtın abad küçələrinə qədər gəlib çıxır.
Suallarla BŞİH-ə də müraciət etdik, ancaq cavab ala bilmədik.

Gülnar Əliyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçeviri sel basdı: küçələr keçilməz oldu

    Mingəçeviri sel basdı: küçələr keçilməz oldu ...

    5-10-2015, 13:09

  • 
  • Prezident Administrasiyasına çəkməlilərin  yürüşü

    Prezident Administrasiyasına çəkməlilərin yürüşü ...

    7-11-2013, 11:08

  • 
  • Binəqədi icra hakimiyyəti kimin dostudur?

    Binəqədi icra hakimiyyəti kimin dostudur? ...

    29-11-2013, 15:29

  • 
  • Bakı rayonlarının icra başçıları üçün "rahat-hülqum" siyasəti - Nazirlərin gördükləri işləri öz adlarına çıxırlar...

    Bakı rayonlarının icra başçıları üçün ...

    16-12-2014, 21:27

  • 
  • Hacıbala Abutalıbovun Bakısı leysan sınağından çıxa bilmədi - (Video)

    Hacıbala Abutalıbovun Bakısı leysan sınağından ...

    24-09-2013, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu