GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənov, Ramil Usubov, Səfər Əbiyev tandeminə qarşı yeni güc

Əli Həsənov, Ramil Usubov, Səfər Əbiyev tandeminə qarşı yeni güc

Tarix: 7-12-2012, 10:20 Bölmə :Manşet Baxış: 3 182
Əli Həsənov, Ramil Usubov,  Səfər Əbiyev tandeminə qarşı yeni güc

İlham Əliyev “mehriban düşmənlər”i açıq savaş meydanına çıxardı

gundemxeber.az Ölkə başçısının noyabrın 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə birdən-birə dörd müavin təyin etməsi ötən həftənin ən yaddaqalan hadisələrindən oldu və haqlı olaraq gündəmin ən çox dartışılan mövzusuna çevrildi. Xatırladaq ki, fərmana əsasən Zeynal Nağdəliyev, Əli Əsədov, Novruz Məmmədov və Vahid Əliyev Prezident Administrasiyası rəhbərinin müavinləri təyin edildilər.

Prezidentin başqa bir sərəncamı ilə Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi də yuxarıdakı təyinatlardan heç də az əhəmiyyət daşımadı və özüylə çoxsaylı suallar doğurdu.

Kadr islahatları, yoxsa…?

Hər şeydən öncə birmənalı olaraq vurğulanmalıdır istənilən halda yeni təyinatları nə yeni komandanın formalaşması, nə də illər uzunu barəsində danışılan kadr islahatlarına başlanılması kimi xarakterizə etmək doğru deyil. Çünki adıçəkilən məmurlar yeni vəzifələrində də əslində köhnə funksiyalarını yerinə yetirəcəklər və onlar onsuz da həmin təyinatadək bu komandanın üzvləri olub. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da prezidentin son təyinatlarını öz arşınıyla ölçərək “kurasiya işinin effektivliyini artırmaq” məqsədiylə bu cür struktur dəyişikliklərinə əl atıldığını söyləməsi də əslində heç nəyi dəyişmir. Hamı anlayır ki, belə bir dəyişikliyi zəruri edən başqa səbəblər var və bu səbəblərin nədən ibarət olduğunu hamıdan çox bilənlərin başında elə Əli Həsənovun özü dayanır.

Əli Həsənov niyə diqqətdən kənarda qaldı?

Yeri gəlmişkən, digər şöbə müdiri həmkarlarının bir pillə yüksələrək Prezident Administrasiyası rəhbərinin müavini postunadək irəliləməsinə rəğmən bu hakimiyyətin yerli və beynəlxalq müstəvidə təbliğinə, sağdan-soldan endirilən zərbələrin dəf edilməsi və ya zərərsizləşdirilməsinə hamıdan çox çaba xərcləyən Əli Həsənovun xidmətlərinin görməməzliyə vurulması əslində yeni təyinatlardan daha çox maraq kəsb edir. Əslində elə yeni təyinatların gerçək səbəblərinə aydınlıq gətirilməsinə çalışan hər kəs məhz bu məqamdan yapışmaqla bir çox suallara cavab tapa bilər. Yəni kimin nə deməsindən asılı olmayaraq bir həqiqət ortadadır ki, əgər Əli Həsənov Prezident Administrasiyası rəhbərinin müavinlərindən biri ola bilməyibsə, daha doğrusu, ona belə bir postu rəva bilməyiblərsə, deməli, bu təyinatların arxasında gizlənən əsas niyyət məhz Ramiz Mehdiyevin əhatə dairəsinin məhdudlaşdırılmasıdır.

“Mehriban düşmənlər” bir arada

Heç kimə sirr deyil ki, Əli Həsənov Ramiz Mehdiyevin “sağ əl”i hesab olunur və bu günə kimi akademikin əsas ideya təbliğatçısı və ruporu funksiyasını məharətlə həyata keçirib. Zeynal Nağdəliyevin və Əli Əsədovun da dünənədək Ramiz Mehdiyevlə yola getmədiyi, ən azından onun kadrları olmadığı ölkə ictimaiyyətinə bəlli idi və obrazlı desək, adıçəkilən hər iki məmur akademiklə “mehriban düşmən” kimi davranırdılar. Novruz Məmmədovsa əslində hakimiyyətdaxili hansı klanla bir səngərdə olduğunu heç zaman ya hiss etdirməyib, ya da tutduğu post elə olub ki, onun oyun oynamasına heç münbit şərait də olmayıb. Yəni keçmiş fransız dili müəllimi bilavasitə beynəlxalq sahəni kurasiya etdiyindən və bütün addımlarını prezident və ya xarici işlər naziriylə məsləhətləşmədən sonra atdığından ölkədaxili məsələlərə müdaxilə üçün onun imkanları demək olar ki, digər müavinlərə nisbətən xeyli az olub. Bu üzdən onun təyinatı sadəcə simvolik xarakter daşıyır və Novruz Məmmədovun yeni görəvdə hər hansı xüsusi missiya həyata keçirəcəyini gözləməyə dəyməz.

Vahid Əliyevin əlinə düşən fürsət…

Ancaq Vahid Əliyev haqqında bunları demək mümkün deyil və unutmaq olmaz ki, prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi o qədər də strateji post hesab olunmayan bir vəzifədə olduğu dönəmdə müdafiə naziri Səfər Əbiyevin əsəbləriylə oynamağı bacarıb və yeri gəldi-gəlmədi onun nüfuzunu aşağı salmaq üçün heç bir fürsəti və ya bəhanəni fövtə verməyib. Belə bir intriqantın Prezident Administrasiyası rəhbərinə müavin gətirilməsi və müdaifə məsələlərinin onun kurasiyasına verilməsi Səfər Əbiyev-Vahid Əliyev qarşıdurmasının daha da alovlanacağı anlamına gələ bilər. Ən azı Səfər Əbiyev bundan sonra rəhbəri olduğu qurumda yüksək kadr islahatları zamanı Vahid Əliyevin də razılığını almaq zorunda qalacaq və bəri başdan proqnozlaşdırmaq olar ki, keçmiş və indiki rəqibinin “könlünü almaq” ona heç də asanlıqla başa gəlməyəcək. Əksinə, ehtimal etmək olar ki, bu iki məmur arasındakı ziddiyyət daha da qabarıq şəkildə nəzərə çarpsın və münaqişənin sədası prezidentə qədər gedib çatsın. Vahid Əliyevin də istədiyi elə budur, ona görə də o, hər vəchlə çalışacaq ki, cəmiyyətdə və Ali baş Komandanın nəzərlərində silahlı qüvvələrin rəhbərliyi haqqında daha çox neqativ fikir formalaşsın.

Əli Əsədov dövlət vəsaitinin xərclənməsinə nəzarət edəcək?

Əli Əsədovun Ramiz Mehdiyevə müavin gətirilməsi isə sırf iqtisadi maraqların qorunması və bu sferanı prezidentin daha effektiv idarəetməsinə cəlb etmək, daha dəqiqi, dövriyyədə olan milyardlarla dövlət vəsaitinin necə xərclənməsinə nəzarəti gücləndirməkdir. Əli Əsədov yeni təyinatadək prezidentin iqtisadi məsələr üzrə köməkçisi kimi o qədər də əhəmiyyətli olmayan vəzifəni icra etdiyindən nazrliklərə o qədər də nəzarət etmək imkanı yox idi. Baxmayaraq ki, İlham Əliyevlə yaxınlıq ona imkan verirdi ki, paytaxtdakı bütün iri maliyyə tutumlu təmir-bərpa işlərini onun kurasiya etdiyi qondarma şirkət və ya firmalar həyata keçirsin. Burada söhbət il ərzində yüz milyonlarla manatın dövriyyəsindən gedir və baxımdan demək olar ki, onsuz da o, köhnə postunda da pis qazanmırdı. Ancaq indi Əli müəllim iqtisadi sferada olan digər nazirliklərə də “mız” qoymaq səlahiyyəti əldə edib və onların xərclədiyi hər qəpiyin hesabını sormaq imkanında olacaq. Bu isə hikkəsi yerə-göyə sığmayan və dövlət vəsaitlərini dədəsinin malı kimi xərcləməyə adət etmiş bir sıra məmurların “qara gün”ünün başlanması anlamına gələcək…

Ramil Usubovu narahat edən təyinat…

Məhərrəm Əliyevin Prezident Administrasiyasında “toz basmış” bir posta gətirilməsi də yuxarıda iddia olunduğu kimi, digər dörd təyinatdan heç də az əhəmiyyət kəsb eləmir. Nəzərə almaq lazımdır ki, 2007-ci ilədək onunla daxili işlər naziri Ramil Usubov arasında bəzən gizli, bəzən də aşkar və əndazəni aşan savaş gedib və birinci raundda Məhərrəm Əliyev uduzan tərəf olub. Hətta Tacikistandakı “diplomatik sürgün”dən qayıtdıqdan sonra çoxları onun kitabının birdəfəlik bağlanacağını proqnozlaşdırırdı. Ancaq görünən odur ki, onu birdəfəlik siyahıdan “silənlər” yanılıb və belə bir şəxsin yenidən aktiv şəkildə proseslərə cəlb edilməsi ondan xəbər verir ki, İlham Əliyev onu ehtiyat variant kimi daxili işlər naziri postuna hazırlayır. Əlbəttə, bu, heç də o anlama gəlmir ki, seçkilərdən öncə və ya sonra prezident belə bir qərar versin. Bütün bunlar fors-major situasiyalar üçün nəzərdə tutulmuş variantlardır. Lakin istənilən halda Məhərrəm Əliyevə prezident tərəfindən etimad göstərilməsi xeyli düşündürücdür və bundan ən çox narahatlıq keçirən məmurun məhz Ramil Usubov olduğunu da sübut etməyə gərək yoxdur.

Sonda ehtimallardan və fərziyyələrdən xilas olaraq yalnız məntiqə söykənməklə bəzi iddialarda bulunmaq istərdik. Prezidentin son 5 təyinatına ötən 2-3 gün ərzində yüzlərlə şərh və ya münasibət bildirilib, hərə öz gördüyü və anladığı şəkildə bu yerdəyişmələri öz arşınıyla ölçüb. Ancaq kimsə deməyib ki, hakimiyyətin düşünən beyni və vuran ürəyi funksiyasını həyata keçirən bir qurumda bu cür struktur dəyişiklikləri sırf zərurətdən yaranıb və yaşı 80-ə yaxınlaşan, səhhətində ciddi problemləri olduğu söylənilən akademikin öz səlahiyyətlərini icra edə bilməyəcəyi halda ölkənin onsuz da bərbad olan idarəetməsində xaos yaşanmaması üçün İlham Əliyev indidən ehtiyat tədbirə əl atıb. Bu baxımdan Prezident Administrasiyasındakı son təyinatları Ramiz Mehdiyevdən sonrakı dönəm üçün “X” variantına hesablanmış “I” əməliyyatı kimi xarakterizə etmək daha düzgün olardı. Unutmaq olmaz ki, baş nazir Artur Rəsizadənin də səhhətində ciddi problemlər var və o da 80 yaşını haqlamış bir şəxsdir. Baxmayaraq ki, bu gün Nazirlər Kabineti ölü bir qurum kimi əslində o qədər də önəm kəsb etmir. Lakin bütün hallarda son təyinatları prezident İlham Əliyevin dar gün üçün özünə sadiq adamlardan ibarət bir işlək komanda formalaşdırmaq cəhdi kimi də qələmə vermək olar, hətta həmin komandanın üzvləri “mehriban düşmənlər”dən təşkil olunmuş olsa belə…

Zülfüqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhərrəm Əliyev üzərində qurulan plan

    Məhərrəm Əliyev üzərində qurulan plan ...

    11-12-2012, 12:11

  • 
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49

  • 
  • Yeni təyinatların sirri

    Yeni təyinatların sirri ...

    7-12-2012, 11:53

  • 
  • Yeni təyinatların sirri

    Yeni təyinatların sirri ...

    7-12-2012, 11:50

  • 
  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Ramil Usubov yeni polis rəisi təyin etdi ...

    3-02-2015, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu