gundemxeber.az-a Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə bağlı maraqlı məlumat daxil olub. Belə ki, sözügedən kollecdə təhsil almış Zenalov Mahir Tahir oğlunun diplomu saxta yolla “təsis” edilib.
Elektron ünvanımıza müraciət edən vətəndaş bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetində işləyən Qəmbər Abdullayev adlı müəllim bu saxtakarlığa “qol” qoyub. Mahir Zeynalov daha sonra əlavə edir ki, kollecə qəbul üçün Qəmbər müəllimə 2300 AZN verib. Görünür, təhsildə qlobal problemlər hələ də bəzi “müəllimlər” tərəfindən yaşadılır. Amma Qəmbər Abdullayev kimi müəllimlər dəllal rolunu daha sərbəst və paşəkarcasına həyata keçirtməyi bacarır. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun adı daha çox hallanır. Belə bir neqativ halın baş verdiyini mənz rektorun “dabrosundan” sonra həyata keçirtmək mümkündür. Digər bir məlumat da o da vurğulanır ki, istər Qəmbər Abdullayev istərsədə Xəlil Orucov tərəfindən məsələyə münasibət bildirilib. Qəmbər Abdullayevin məsələyə münasibəti daha maraqlı olub.” Diplom satılıb, pulunu da alıb yemişik. Satılan mallar geri qaytarılmır”. Elə qənaətə gəlmək olur ki, Qənbər Abdullayev bu açıqlamasından sonra sanki super marketlərin birində satıçı fünksiyasını həyata keçirir.
Dosye.org olaraq bildirmək istəyirik ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyətinə xitam verilib. Lakin biz inanırıq ki, vətəndaş Mahir Zeynalovun problemi artıq hüquq mühafizə orqanları nəzarətə götürəcək. Və Təhsil Naziri Mikayıl Cabbarov ölkə təhsilində baş verən bu cür neqativ hallara öz münasibətini bildirəcəkdir. Araşdırmalarımız davam edir. Bizi izləyin..
P.S. Əldə etdiyimiz son məlumatlara görə Qəmbər Abdullayev Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində heyvandarliq və heyvandarliq məhsulları istehsalinin texnologiyasi kafedrasinin müdiri vəzifəsində çalışır. Məsələdə adı hallanan Şərbala isə Göyçay rayon bələdiyyəsində mühüm fəzifədə çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?