GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısının qəlbini “fəth edən” kollec direktoru haqda yeni iddialar

İcra başçısının qəlbini “fəth edən” kollec direktoru haqda yeni iddialar

Tarix: 16-03-2015, 23:53 Bölmə :Manşet Baxış: 0
İcra başçısının qəlbini “fəth edən” kollec direktoru haqda yeni iddialar

Qulu Xəlilov Təhsil Nazirliyinin «görən gözünü» qapayıb, növbə icra başçısına çatıb

Ölkədə saxta diplom cinayətlərinin sayı artıqca diqqətlər barələrində daha çox şikayət olunan təhsil müəssisələrinə yönəlir.

Bu barədə «Gündəm Xəbər»ə verilən məlumata görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və bu təhsil müəssisəsinin direktoru Xəlil Orucov haqqında da saxta diplom satışı ilə bağlı məlumatlar yayılıb.

Redaksiyamıza daxil olan məlumatlar əsasında araşdırma apararkən aydın oldu ki, Göyçay İdarəetmə və Texnologiya Kolleci haqqında səslənən iddiaların kifayət qədər əsasları var:

«Maraqlı burasıdır ki, barəsində dövrü mətbuatda da çoxsaylı şikayətlərin dərc olunmasına baxmayaraq, kollecin direktoru Xəlil Orucovun yol verdiyi özbaşınalıqlar və qanun pozuntuları rəsmi dairələr tərəfindən araşdırılmayıb. Görünür, ya direktor Təhsil Nazirliyinin cavabdeh şəxslərinin gözlərini qapatmağın yolunu tapıb, ya da nazirlik rəsmiləri yerində deyillər».

İddialara görə, Yulu Xəlilov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərini mənimsəməklə, bu gün də qanunsuz tələbə qəbullarını reallaşdırmaqdan çəkinmir:

«Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava əsil əmtəə birjasını xatırladır. Əslində, bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı bazar forması alıb. Müxtəlif fənlər üzrə imtahan qiymətləri məhz müəllimlərin, "prinsipiallığı" və tələbələrin "qiymət öldürmək" bacarıqlarına müvafiq olaraq individual qaydada müəyyən edilir. Təbii ki, müəllimlərin "prinsipiallığı" dedikdə onların təyin etdikləri ilkin qiymətlərdən aşağı düşməmək bacarıqları nəzərdə tutulur. İmtahanlarda uğursuzluğa düçar olan tələbələrdən hər kəsiri “düzəltmək” üçün 100 manat tələb olunur. Kollecdə tələbələrdən pul tələbi ildən-ilə yüksələn xətt üzrə artır. Əgər keçən il təhsil haqqı illik 250-300 manat civarında idisə, bu ildən həmin rəqəm 750 manatadək qalxıb. Kollecin təmiri adı altında hər tələbədan 50 manat yığıldığı bildirilir. Sinif jurnali müəllimələrə baha qiymətə satılır, müəllimlər isə öz növbələrində həmin pulu tələblərdən qoparırlar. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Həmçinin bildirilir ki, kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar. Aydın məsələdir ki, belə halda bu gənclərin əmək hüquqları da qorunmur. Belə ki, onlar artıq işəgötürənlərlə əmək müqaviləsi bağlamaq imkanlarına da malik olmurlar. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyəsinə çox böyük ziyan vurur. Digər tərəfdən də saxta diplom və arayışların

verilməsi kimi hallar da X.Orucovun xüsusi rəğbət bəslədiyi əməllərə aid edilməlidir. Bu yarıtmaz siyasətin nəticəsidir ki, kollecin məzunları üz tutduqları idarə, müəssisə və təşkilatlarda məmnunluqla qarşılanmırlar və çox vaxt ixtisasları üzrə işlə təmin oluna bilmirlər».

«Gündəm Xəbər»ə daxil olan məlumata görə, Qulu Xəlilov Göyçaya yeni təyin olunan icra başçısı Mübariz Ağayevin də «könlünü fəth» etməyin yolunu tapıb: «Direktor Qulu Xəlilov «qəlbləri fəth» etməyin ustalıqla bacaran mahir adamdır. O, ilk gündən Mübariz Ağayevi «xüsusi təbrik» etməklə işini bitmiş saymadı, hətta onun yaxınlarına da «xod» edərək, tədbirli olduğunu nümayiş etdirdi».

Mənbə Qulu Xəlilovun digər əməlləri ilə yanaşı, onun rayonda və Bakıda qısa müddətdə sahib olduğu daşınmaz əmlaklar haqqında da söz açıb. Bununla bağlı dəqiqləşdirmələrimiz davam edir. Növbəti sayımızda bu araşdırmalarımızı təqdim edəcəyik...

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Göyçayda tələbəyə saxta diplom satılıb

    Göyçayda tələbəyə saxta diplom satılıb ...

    23-12-2014, 23:12

  • 
  • Danışır Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru! - VİDEO

    Danışır Göyçay Dövlət İdarəetmə və Texnologiya ...

    8-06-2017, 15:18

  • 
  • Kollec direktoru 100 min manatı pul hesab etmir

    Kollec direktoru 100 min manatı pul hesab etmir ...

    10-06-2016, 17:01

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Ağdam Musiqi Kollegindəki rüşvətdən şikayət

    Ağdam Musiqi Kollegindəki rüşvətdən şikayət ...

    27-01-2014, 16:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu