GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kollec direktoru 100 min manatı pul hesab etmir

Kollec direktoru 100 min manatı pul hesab etmir

Tarix: 10-06-2016, 17:01 Bölmə :Ölkə Baxış: 0
Kollec direktoru 100 min manatı pul hesab etmir

Göyçay İdarəetmə və Texnologiya Kollecinin tələbələri aksiyaya hazırlaşır, onlar Xəlil Orucovun əlindən bezdiklərini deyirlər

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq hökm sürür. Bu təhsil ocağında oxuyan tələbələr deyirlər ki, direktor Xəlil Orucovun «pul tələlərinə» düşməkdən beziblər.

Həmin məlumatlarda vurğulanır ki, Orucovun yeni «tələsi» tələbələri əvvəlcə kəsmək, daha sonra isə təkrar imtahan yolu ilə qiymət yazmaqdan ibarətdir. Belə bir variantın düşünülməsi isə məqsədlidir və niyyət daha çox pul almaqdır. Məlumat verən tələbələr deyirlər ki, sonuncu imtahan sessiyasında artıq bunun əziyyətini çəkməyə başlayıblar. Onlar qeyd edirlər ki, direktorun təlimatına əsasən artıq qiymətlər də artırılıb. Və bu devalivasiya ilə izah olunur. «Başa düşə bilmirik, biz bura oxumağa gəlmişik, yoxsa, pul verməyə? Biliyi olanlara da güzəşt edilmir. İnd idə imtahanlar üçün tələb olunan məbləğ artırılıb. Deyirlər ki, manat dəyərdən düşüb, ona görə də, qiyməti artırmaq məcburiyyətindədirlər. Sanki biz kollecdə deyil, bazardayıq».

Tələbələr bildirirlər ki, belə davam etməsinə razı deyillər və bununla bağlı etirazlarını bildirmək istəyirlər. Onların sözlərinə görə, hazırda tələbələr arasında bununla bağlı müzakirələr gedir və yaxın günlərdə qərar veriləcək. «Böyük ehtimalla kollecin qarşısında etiraz aksiyası keçirəcəyik. Məqsədimiz başımıza gətirilənlərdən bütün ölkənin xəbərdar olmasıdır. Tələbimiz odur ki, özbaşınalıqlara son qoyulsun və pul yığımı dayandırılsın».

JAM.AZ-ın araşdırmaları zamanı başqa bir maraqlı məqamın üzəri açılıb. Məlum olub ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun qazancı təkcə tələbələrdən yığılan pullardan ibarət deyil. Onun həmçinin hər il kollecə ayrılan vəsaitlərdə də ciddi payı var. Məsələn, direkitorun təkcə 2013-cü ildə ayrılmış 100 min manata yaxın vəsaiti təyinatı üzrə xərcləmədiyi deyilir.

Məlumatlarda iddia olunur ki, Orucov həmin pulun 8000 min manatına yumuşaq inventarların alındığını sənədləşdirsə də, həmin mebellərin nə zaman alındığı və hara yerləşdirildiyini görən olmayıb. Mənə bildirir ki, bir-iki sınıq salxaq stol,stuldan başqa təhsil ocağına heç nə gətirilməyib. Amma iddialar var ki, kollec direktoru həmin pula Göyçaydakı villasına mebel alıb.

Vurğulanır ki, Xəlil Orucovun «əməliyyat»ları sırasında 15 min manatlıq cari təmir işləri də var. Bu pulun hansı təmir işlərinə sərf olunduğu məlum olmasa da, sənədlərdə daşdan keçəcək səviyyədə «əsaslandırılıb». Halbuki Göyçay Dövlət İdarəetmək və Texnologiya Kollecinin binasının içində yetərli qədər təmir olunası yerlər var.

Orucovun pul silmək üçün kommunal xidmətlərin satın alınmasından səmərəli istifadə etdiyi də sənədlərdən aydın görünür. Çünki bu xidmətlər üzrə iki dəfə pul ayrılıb ki, onların da toplam cəmi 6000 manata yaxındır. Maraqlıdır, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində nə qədər elektrik, su və qazdan istifadə olunur ki, bu qədər vəsaitə gərək yaranır?

Məbləğlərin şişirdilməsi prosesində abadlıq işlərinin aparılmasından da yararlanılıb. Məsələn, ildə iki dəfə «abadlıq» işləri aparan kollec direktoru bunun üçün 15 min manat ayrılmasına nail olub. Hərçənd bu qədər pulla kollecdə hansı abadlıq işlərinin görüldüyü məlum deyil.

İnventar və avadanlıqların satın alınmasına gəldikdə isə bunun üçün 20 min manatın sərf edildiyi vurğulanır. Ki, ortada nə düz-əməlli inventar var, nə də avadanlıq. Labaratoriyaların durumunun hansı acınacaqlı vəziyyətdə olduğunu isə tələbələr hamıdan yaxşı bilirlər.

Bir maraqlı məqam da olur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə il ərzində guya, 7000 manatlıq dəftərxana ləvazimatı alınıb. Əcəba, üçcə kəlmə sözü yazmaq üçün adi kağız tapılmayan kollecdə o qədər dəftərxana ləvazimatı haradadır?

Bəzi iddialara görə, Xəlil Orucov ildə 100 min manatlıq qazancı özü üçün heç də uğur hesab etmir. Onun yaxın adamlarının dediyinə görə, kollec direktoru daha böyük pulların qazanılmasının vacibliyini bildirir. Bunu da onunla izah edir ki, guya, Təhsil Nazirliyi və Göyçayın icra başçısı ondan haqq alır.

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Danışır Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru! - VİDEO

    Danışır Göyçay Dövlət İdarəetmə və Texnologiya ...

    8-06-2017, 15:18

  • 
  • Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..."

    Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - ...

    4-08-2020, 12:26

  • 
  • Göyçayda tələbəyə saxta diplom satılıb

    Göyçayda tələbəyə saxta diplom satılıb ...

    23-12-2014, 23:12

  • 
  • İcra başçısının qəlbini “fəth edən” kollec direktoru haqda yeni iddialar

    İcra başçısının qəlbini “fəth edən” kollec ...

    16-03-2015, 23:53

  • 
  • Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata aylığa buraxılır? - İTTİHAM

    Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata ...

    19-12-2018, 14:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu