gundemxeber.az Hərbi prorkurorluğun yüksək vəzifəli rəsmiləri əksər məqamlarda korrupsiya ilə mübarizə adı altında ayrı-ayrı hərbi hissə və birləşmələrdə zabit və gizirləri daim təzyiq və təhdid altında saxlayır, əllərinə düşən ən adi fürsətdən belə öz məqsədlərinə çatmaq üçün istifadə edir, hətta dövlət rəhbərini belə aldatmaqdan çəkinmirlər. Bu barədə etibarlı mənbə məlumat verib. Məlumatlara görə, hərbi hissələrdə baş verən hər hansısa cinayət tərkibli olayla bağlı istintaq işinə başlayan hüquq mühafizə orqanlarının əməkdaşları hərbi qulluqçulardan pul qoparmaq məqsədilə, obrazlı desək, bir budaqda oturub min budağı silkələyir, bununla da, ayrı-ayrı hərbi qulluqçularda süni şəkildə qorxu, xof və psixoz vəziyyət yaradırlar. Bu halda cinayət işinin əsas mahiyyəti də bir kənarda qalır. Mənbənin bildirdiyinə görə, vəziyyət o həddə çatıb ki, zabit və gizirlərin böyük əksəriyyəti tabeliyində olan və nizamnamə tələblərini pozan əsgəri tənbeh etməkdən qorxur. Çünki haqlı-haqsız, yerli-yersiz hər hansı adi bir şikayət sonda prokurorluq əməkdaşlarının təhdid yolu ilə külli miqdarda pul tələb etməsi ilə nəticələnir. Bu pulların hara getdiyini də hamı yaxşı bilir. Təsadüfi deyil ki, hər bir işə görə ayrıca faiz də müəyyənləşdirilib. Qəzetimizə daxil olan digər məlumata görə, bəzi müstəntiqlər tələb etdikləri pulu ala bilməyəndə, hətta alternativ vasitələr təklif edir, barter üsuluna keçməkdən, rüşvət əvəzinə özlərinə səfalı yerlərdən torpaq aldırtmaqdan belə çəkinmirlər. Bu da öz növbəsində xidmətin keyfiyyətinə sarsıdıcı zərbələr vurur və komanda heyətinin xidmətə olan həvəsini nəzərəçarpacaq dərəcədə aşağı salır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?