gundemxeber.az Ərəb inqilablarından sonra dünyada şöhrəti birə beş artaq Facebook sosial şəbəkəsi Azərbaycanda da əksəriyyətin yararlandığı saytlardan biridir. Lakin bu əksəriyyətin içindən hərbçiləri çıxmaq lazımdır. Səbəbi isə Müdafiə Nazirliyinin konkret göstəriş verməsidir. Orduda xidmət edən yüksək rütbəli zabitlərdən birinin verdiyi məlumatda deyilir ki, Müdafiə Nazirliyi bir müddət bundan əvvəl bütün hərbi hissə komandirləri və zabit heyətinə xəbərdarlıq edib ki, Facebook sosial şəbəkəsindən istifadə etməsinlər. Müdafiə Nazirliyi sosial şəbəkədən istifadə edən zabitləri ağır cəzalandıracağı barədə xəbərdar edib. Ərəb inqilablarından sonra dünyada şöhrəti birə beş artaq Facebook sosial şəbəkəsi Azərbaycanda da əksəriyyətin yararlandığı saytlardan biridir. Lakin bu əksəriyyətin içindən hərbçiləri çıxmaq lazımdır. Səbəbi isə Müdafiə Nazirliyinin konkret göstəriş verməsidir. Daxil olan məlumatda deyilir ki, Müdafiə Nazirliyi bir müddət bundan əvvəl bütün hərbi hissə komandirləri və zabit heyətinə xəbərdarlıq edib ki, Facebook sosial şəbəkəsindən istifadə etməsinlər. Mənbənin bildirdiyinə görə, hətta indiyə qədər bu əmrə tabe olmayan bir neçə zabit ağır şəkildə cəzalandırılıb. Məlumatı verən şəxs qeyd edir ki, əgər hansısa zabitin Facebookdan istifadə etdiyi müəyyənləşdirilərsə, bunun bir zərbəsi də həmin hərbi hissənin rəhbərliyinə dəyir ki, bu da zabitlər üçün ikiqat çətinlik yaradır. Belə bir yasağın qoyulmasının iki əsas səbəbi göstərilir. Birincisi, hərbçilərin Facebookdan istifadə edən zaman düşmən tərəflərə məlumat sızdıra bilmələri ehtimalıdır. Belə ki, sosial şəbəkədə başqa ölkələrin kəşfiyyatçıları, xüsusən də erməni kəşfiyyatçıları qadın və ya digər adlar altında hərbçilərimizlə tanış olaraq, sonradan onların qulluq etdikləri hərbi hissələr haqqında məlumat toplaya bilərlər. Və bu fikri irəli sürənlər arqument kimi, bir neçə il bundan əvvəl Odnoklassniki.ru saytında belə bir qalmaqalın yarandığını göstərirlər. İkinci səbəb isə daha inandırıcıdır. Məsələ belədir ki, hakimiyyət dairələri ordunun ölkədəki siyasi vəziyyətdən hali olmasının qarşısını almaq və gələcəkdə yaşana biləcək hadisələrdə ordunun narazı kütlənin tərəfinə keçməsini əngəlləmək məqsədi ilə zabitlərin Facebookdan istifadəsini yasaqlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?