DİN-in regionda yerləşən hərbi hissələri yüksək hazırlıq vəziyyətində olub
Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 27-də Lənkərana səfəri ilə bağlı Cənub bölgəsində polis və digər hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyəti gətirilib. Hətta istənilən anda baş verəcək hadisəyə müdaxilə etmək üşün DİN-in regionda yerləşən hərbi hissələri yüksək hazırlıq vəziyyətində olub. Bundan əlavə olaraq, Müsavat yetkililərinin hərəkət etdiyi marşrut üzrə bütün yollar ciddi nəzarətə götürülüb. Yəni müsavatçıların keçdiyi rayonlarda polis Bakı-Lənkəran magistralı üzərində yolu üzərində dayanan avtomobillərin dayanmasına imkan verməyiblər. Bütün yollar, xüsusən də rayon mərkəzləri və digər yaşayış massivləri polis nəzarətinə götürülüb. Düzdür, yerli əhalı bunun səbəbini soruşsa da polis bununla bağlı heç bir məlumat vermədən mərkəz yolun yanında nəinki maşınların dayanmasına, həttə qrup halında və yaxud bir neçə nəfərin bir yerə yığışaraq söhbət etməyə belə imkan verilməyib. Belə hallar Salyan, Biləsuvar, Masallı rayonlarında qeydə alınıb. Xatırladaq ki, bazar günü İ.Qəmbər əvvəlcədən elan etdiyi kimi partiya rəhbərliyi, sıravi müsavatçılar və çoxsaylı jurnalistlərin müşayiəti ilə cənub şəhərinə yollandı. Başqanı təxminən 25 avtomobilin olduğu maşın karvanı müşayiət edirdi. Artıq əvvəlcədən təxribat hazırlandığı və İ.Qəmbərin səfərinə imkan verilməyəcəyi gözlənilirdi. Elə yol boyunca yol polisi maşınlarının İ.Qəmbərin kortejini müşayiət etməsi də deyilənləri təsdiqləyirdi. B.Hüseyn
Sorğu
Yeni dizaynımız necədir?