Krım və Donbassla sərhəddə yerləşən Ukrayna Silahlı Qüvvələrinin (SQ) bütün bölmələri gücləndirilmiş hərbi hazırlıq səviyyəsinə gətirilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən tapşırıq verilib.
Qərar Ukrayna prezidentinin güc strukturları və Xarici İşlər Nazirliyi ilə keçirilmiş iclasın yekununda qəbul edilib.
Dünən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi tərəfindən hazırlanmış terror aktlarının qarşısının alındığını bəyan edib. Məlumatda deyilirdi ki, diversiyanın məqsədi turistik biznes olub.
Qeyd edək ki, Ukrayna SQ qərarqahının rəsmi nümayəndəsi Vladislav Seleznyov FTX-nin bu məlumatını təkzib edərək təxribat adlandırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?